Icma.az
close
up
RU
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı

Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Səbail”lə bağlı xeyli cavabsız sualdan bir neçəsinə bugünlərdə aydınlıq gəldi.

Bəlli olduğu kimi, Bayıl təmsilçisiylə bağlı hələ uzun müddət əvvəl xoşagəlməz iddialar yayılmışdı. Həmkarlarımız iddia edirdi ki, “dənizçilər” təxminən yarım milyon manat borca düşüb. Buna klubun 2025/26 mövsümü üçün planını ASCO-dan gələcək maliyyəyə arxalanaraq qurması, şirkət sponsorluq anlaşmasına xitam verəndən sonra maddi çətinliklərin artması səbəb olub. Sonradan klubun satılacağı və bölgələrdən birinə köçəcəyi haqda xəbərlər yayıldı. Gah Qusar təmsilçisi olacağı bildirildi, gah da Quba.
Hər halda, srağagün klubun yeni prezidentinin kimliyi açıqlandı. Məlum oldu ki, “Səbail”in yeni prezidenti klubun İdarə Heyətinin qərarına əsasən, Mirzə Bayrampur olacaq. Onun şəxsi “feysbuk” səhifəsinə baxanda görürük ki, 5 ildi “İMB Academy”də çalışır. Maraq üçün bildirək ki, bu şirkət ABŞ-də təhsil almaq istəyən tələbə və şagirdlərə xidmət edir.
Mirzə bəy ilk müsahibəsini AZƏRTAC-a verib. Sizi onun fikirləriylə tanış edirik:

“Hazırda “Səbail”də maliyyə vəziyyəti sabitdi. Güclü heyət formalaşdırmaq üçün çalışmalarımız davam edir. Qarşıya qoyulan əsas məqsəd çempionluq və premyer-liqaya yüksəlməkdi. Əvvəllər “Şimal”ı 2-ci liqadan 1-ci liqaya yüksəltmişəm. Ötən mövsüm isə “Şahdağ Qusar”da icraçı direktor vəzifəsində çalışmışam. Bu gün “Səbail”də premyer-liqa səviyyəsinə uyğun komanda formalaşdırmaq istəyirik. Bunun üçün həm təcrübəli, həm də perspektivli yerli futbolçuların cəlb olunması istiqamətində iş aparırıq. Baş məşqçi vəzifəsini Elnur Abdullayev icra edəcək. Həmçinin “ASCO Arena” və Quba şəhər stadionu ilə bağlı danışıqlar aparılır. Bu prosesdə AFFA ilə də müzakirələr davam edir. Quba stadionu ilə bağlı məsələlər müsbət həllini tapsa, klub fəaliyyətini həmin şəhərdə davam etdirəcək. Belədə komandanın adı dəyişdirilərək “Quba” olacaq. Əks halda, qarşıdakı mövsümdə ev oyunlarımızı “ASCO Arena”da keçirəcəyik. Bununla bağlı danışıqlar yekun mərhələdədi. Lakin plan növbəti mövsümdən etibarən “Quba” adı altında fəaliyyət göstərməkdi”.


Bu təyinatdan sonra klub baş məşqçi Adil Şükürovla yolları ayırdı. Təcrübəli mütəxəssis dünən "Football-plus.az" açıqlamasında bunları dedi:

“Səbail”lə vidalaşdıq. Keçirilən iclasda mən və klubun icraçı direktoru Firuz Abdulla iştirak etdi. Başqa şəxs olmadı. Hələ hansısa klubdan təklifim yoxdu”.


Əlbəttə, klubdakı fəaliyyətlərini davam etdirib-etdirməyəcəyiylə bağlı suala cavab tapmaq məqsədilə həm Firuz bəyə, həm də klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədova müraciət etdik. Firuz bəy zənglərə cavab vermədisə, Rəşad bəy hələ klubdakı taleyi haqda məlumatlı olmadığını bildirdi.
Hər halda, bizə hadisələrin axarını izləmək, 10 ildi Azərbaycanın futbol səhnəsində olan klubun taleyinin necə olacağını görmək qalır. Axı birnəfəsə premyer-liqaya qayıdacağı gözlənilən “dənizçilər” 1-ci liqada başa çatan mövsümü 3-cü pillədə tamamladı.
KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 İyun 2026 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri