Yeni prezident Zurabişvilidən İRAD TUTDU: Əgər mən xalqıma hörmət edirəmsə...
Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili hökumətin kursunu dəstəkləməsəydi, istefa verməli idi".
Publika.az xəbər verir ki, bu barədə ölkənin yeni seçilmiş prezidenti Mixail Kavelaşvili “İmedi” telekanalına müsahibəsində bildirib .
“Əgər mən ölkəmə, vətənimə, xalqıma hörmət edirəmsə, o zaman konstitusiyanı müdafiə etmək, vətəndaşlarıma nümunə olmaq, istefa vermək, başqa mövqedən siyasi qarşıdurmaya başlamaq üçün prezidentlikdən imtina edirəm”, - Kavelaşvili Zurabişvilidən irad tutub.
Dekabrın 14-də Gürcüstanda yeni prinsip üzrə prezident seçkiləri keçirilib: ilk dəfə dövlət başçısını vətəndaşlar yox, parlament deputatları, Muxtar respublikaların nümayəndələri və yerli Məşvərət orqanları da daxil olmaqla 300 üzvdən ibarət Seçki kollegiyası seçib. "Gürcü Arzusu" partiyasının namizədi Mixail Kavelaşvili qalib gəlib.
Bir gün əvvəl Zurabişvili qarşıdan gələn seçkiləri qeyri-legitim hesab etdiyi üçün səlahiyyət müddəti başa çatdıqdan sonra Prezident sarayını tərk etmək fikrində olmadığını açıqlamışdı.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 15 Dekabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















