Icma.az
close
up
RU
Yeni prezidentdən Ankara ilə bağlı gözlənilməz qərar: Tarixləri dəyişdi

Yeni prezidentdən Ankara ilə bağlı gözlənilməz qərar: Tarixləri dəyişdi

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriya Prezidenti Əhməd əş-Şaranın (Əbu Məhəmməd Colani – red.) ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına etməsi müzakirələrə səbəb olub. Onun prezident kimi ilk səfərinin Türkiyəyə olması gözlənilsə də, Şaranın Ər-Riyada getməsi birmənalı qarşılanmayıb.

Yeni prezidentin Səudiyyə Ərəbistanından sonra 4-5 fevral tarixlərdə Ankara gedəcəyi açıqlanıb. Bəzi ekspertlərin fikrincə, Şaranın bu addımı iki ölkə arasında soyuqluğun yaranmasına səbəb ola bilər. Keçmiş rejimin devrilməsi və yeni hökumətin qurulması prosesində Dəməşqdə ən çox dəstəyi Türkiyənin göstərdiyi vurğulanır və Suriya prezidentinin bu qərarı ictimaiyyətdə tənqid edilir.

Ankara Şaranın ilk səfəri üçün məhz Səudiyyə Ərəbistanını seçməsinə necə reaksiya verəcək? Bu məsələ yeni Suriya hökumətinə yanaşmanı dəyişə bilərmi?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Suriyanın yeni prezidenti və hökuməti hibrid siyasət yeritməlidir:

“Faktiki olaraq Suriyada mərkəzləşmiş dövlət hələ tam qurulmayıb, yəni vətəndaş müharibəsi davam edir. Bundan başqa ölkə ciddi dağıntıya məruz qalıb.

Türkiyə Suriya prezidentinin ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına etməsini normal qəbul edə bilər. Çünki aydın məsələdir ki, Dəməşqin xarici maliyyə dəstəyinə ehtiyacı var. Digər tərəfdən Ankaranın özü də hazırda xarici siyasətdə başqa problemlərlə məşğuldur. Belə məqamda bütün daxili-xarici diqqətin Türkiyəyə fokuslanması doğru deyil.


Turab Rzayev

Suriya mütləq şəkildə bərpa edilməlidir. Bu vəsaitin isə Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ kimi ölkələrdən əldə olunması mümkündür. Türkiyə Suriyanın siyasi vəziyyətini düzəldə bilər, amma yenidən qurulması üçün maliyyə ayırması çətin məsələdir. Yəni nəticə olaraq Ankara-Dəməşq münasibətləri pozulmayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Fevral 2025 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri