Icma.az
close
up
RU
Yeni qanun iş yerlərində təhlükəsizliyi təmin edəcək NAZİRLİK

Yeni qanun iş yerlərində təhlükəsizliyi təmin edəcək NAZİRLİK

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları iş yerlərində təhlükəsiz və sağlam mühitin gücləndirilməsinə, bu sahədə işəgötürənlərin məsuliyyət çərçivəsinin daha aydın müəyyən edilməsinə xidmət edir.

"Cebheinfo.az" xəbər verir ki, bu  barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qanunvericilik aktları dövlətimizin başçısının 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq yarımbəndinə əsasən hazırlanaraq qəbul edilib.

Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş yeni dəyişikliklərə əsasən:

-  işçilərin sağlamlıq haqqında tibbi arayış olmadan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerləri və qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerləri üzrə, narkoloji tibb müəssisəsinin tibbi müayinə (tibbi yoxlama) barədə rəyi olmadan isə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələr üzrə işə qəbul edilməsi qadağan edilir;

-  narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibb yoxlama) haqqında rəy təqdim etməlidirlər; 

-   narkoloji xəstələrin işləməsinə məhdudiyyət qoyulmuş iş yerləri üzrə narkoloji xəstə ilə əmək müqaviləsi bağlandığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə icbari tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə tərəflərin iradə və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam veriləcək;

-  qeyd olunan peşə növləri və vəzifələrdə çalışan işçilər işəgötürənin hesabına Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş  “İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”na uyğun olaraq vaxtaşırı, habelə işçinin fəaliyyəti zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olması müşahidə edildikdə və ya buna əsaslı şübhələr yarandıqda o, əsaslandırılmaqla dərhal müvafiq icbari tibbi müayinədən (tibbi yoxlamadan) keçiriləcək.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:376
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 May 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri