Icma.az
close
up
RU
Yeni qanun layihəsi: Avtobus sürücülərin maaşları artırıla bilər? VİDEO

Yeni qanun layihəsi: Avtobus sürücülərin maaşları artırıla bilər? VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hesablama Palatası 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən hüquqi şəxslərə digər subsidiyalar üzrə 298,6 milyon manat artım ediləcəyini açıqlayıb.

Avtosfer.az xəbər verir ki, açıqlamada qeyd edilən məbləğdə artımın əsasını ictimai nəqliyyat istiqamətində fəaliyyət göstərən şirkətlərə ayrılan subsidiyalar təşkil edəcək.

Belə ki, təkcə ictimai nəqliyyatda islahatların aparılması ilə bağlı 150 milyon manat subsidiyanın ayrılması  proqnozlaşdırılır. Məsələ ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, 2024-cü ildə də subsidiyaların ayrılması məsələsi nəzərdə tutulmuşdu, lakin buna mane olan bir neçə amil ortaya çıxmışdı:

“Əsas məsələ “Brutto müqaviləsi” ilə bağlıdır. Bu müqavilə ilə bağlı onu deyə bilərəm ki, dövlət ictimai nəqliyyat sahəsində irəliləyişə nail olmaq üçün sürücülərin, həm də daşıyıcı şirkətlərin inkişafı üçün diqqət ayırır. Bu müqaviləyə görə sərnişindaşıma ilə məşğul olan şirkətlər hər kilometrə görə dövlətdən pul alırlar. Bu subsidiya deməkdir. Dövlətin şirkətlərə dəstəyi deməkdir. Belə olan halda, daşıyıcı şirkətlər avtobusları qarajlarda saxlamırlar, süni sərnişin sıxlığı yaratmırlar. Qarajlarına əlavə avtobuslar toplayırlar ki, istənilən kiçik sıxlıqda xətta buraxsınlar. Şirkətlər belə olan halda özlərinin maddi-texniki bazasını gücləndirməyə maraq göstərirlər. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən də dəfələrlə vurğulanıb ki, şirkətlər özlərinin inkişafını davam etdirdikləri zaman sürücülərin maaş məsələsinə də baxılacaq. Avtobus sürücüləri artıq 800-1200 manat maaş almayacaq, kateqoriya və stajdan asılı olaraq,  onların maaşlarına artımlar ediləcək”.

Elməddin Muradlı sonda onu da qeyd edib ki, ictimai nəqliyyatın inkişaf etdirilməsi, vətəndaşların şəxsi avtomobillərdən, taksilərdən istifadəni azaldacaq və şəhərdə mobilləşmə təmin olunacaq.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Noyabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri