Icma.az
close
up
RU
Yeni qatarlar Qırmızı xəttə buraxılacaq Bakı metrosundan AÇIQLAMA

Yeni qatarlar Qırmızı xəttə buraxılacaq Bakı metrosundan AÇIQLAMA

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

2030-cu ilədək Bakı metropoliteni üçün 300-dək yeni vaqonun alınması planlaşdırılır. Yeni vaqonların paytaxta gətirilməsinə 2028-ci ildən başlanılması nəzərdə tutulub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Qeyd olunub ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində metroda vaqon parkının yenilənməsi davam etdiriləcək.

"Dövlət Proqramına uyğun olaraq, 2030-cu ilədək 300-dək yeni vaqonun alınması planlaşdırılıb. Bununla əlaqədar ötən dövrdə dünyanın müxtəlif aparıcı istehsalçıları ilə texniki məsələlər üzrə geniş müzakirələr və təcrübə mübadiləsi aparılıb, yeni vaqonların alınması üçün texniki şərtlər toplusu hazırlanıb.

Qanunvericiliyin tələblərinə əsasən, 2026-cı ilin sonundan istehsalçının müəyyən edilməsi prosedurlarına başlanılacaq. Yeni vaqonların istehsal edilərək Bakı metropoliteninə gətirilməsi isə 2028-ci ildən nəzərdə tutulur".

Qurumdan verilən məlumata görə, vaqonların alınması yeni stansiyaların istifadəyə verilməsi ilə yaranacaq əlavə tələbata, eləcə də istismar müddətini başa vuran vaqonların yenilənməsi zərurətinə uyğun həyata keçiriləcək.

"Yeni qatarların hansı xətlərdə istismar olunacağına gəlincə, qurumdan bildirilib ki, Dövlət Proqramı çərçivəsində Yaşıl xətt üzrə 4, Bənövşəyi xətt üzrə isə 6 yeni stansiyanın inşası nəzərdə tutulduğundan alınacaq vaqonların bütün zəruri istiqamətlərdə istifadəsi nəzərdən keçirilir.

Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin icrası müddətində Yaşıl xətt üzrə yeni nəsil, Qırmızı xətt üzrə isə həm yeni, həm də üçüncü nəsil vaqonların istismarı nəzərdə tutulub". 

“Bakı Metropoliteni”ndən verilən məlumatda o da vurğulanıb ki, xətlərin ayrılması layihəsi çərçivəsində yeni nəsil qatarların Qırmızı xətt - “İçərişəhər-Həzi Aslanov” istiqaməti üzrə istismarı nəzərdə tutulur.

"Layihə çərçivəsində qatarların hərəkətini təmin edən dartı tipli elektrik yarımstansiyalarının inşası və yenidən qurulması nəticəsində Qırmızı xətt üzrə yeni nəsil qatarların istismarının daha da genişləndirilməsi mümkün olacaq". 

Qeyd edək ki, avqustun 15-dən Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Tikinti işlərinin təxminən 10-11 ay davam edəcəyi nəzərdə tutulub. Bundan əlavə, bu müddət ərzində qatarlar “Nizami-28 May” mənzili arasında fəaliyyət göstərməyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Avqust 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri