Icma.az
close
up
RU
Yeni qayda test üsulunu ləğv edəcək?

Yeni qayda test üsulunu ləğv edəcək?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu barədə Təhsil Nazirliyi ilə danışıqlar aparılıb:

"Artıq "çiy qiymət"lərdən yeni qiymətləndirmə prosesinə keçməliyik. Bu ildən etibarən gələcəkdə imtahanların bir qisminin rəqəmsal şəkildə həyata keçirilməsi üçün addımlar atılacaq". 

Hazırda qəbul imtahanları ilə yanaşı, dövlət qulluğuna qəbulda da test üsulu tətbiq edilir. Rəqəmsal imtahanlara keçidlə bağlı DİM sədrinin fikirləri bir sıra suallar ortaya çıxarır. Bu proses hansı imtahandan başlayacaq və tədricən test üsulunun ləğvinə gətirib çıxaracaqmı? 

Yenilik, yoxsa çətinlik?

Məsələ ilə bağlı Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, Azərbaycanda Dövlət İmtahan Mərkəzinin rəqəmsal imtahanlara keçidlə bağlı atdığı addımlar təhsil sahəsində diqqətəlayiq yeniliklərdən biridir: 

“Məleykə Abbaszadənin açıqlamalarından görünür ki, bu prosesə hazırlıq məqsədilə Elm və Təhsil Nazirliyi ilə müzakirələr aparılıb, yaxın gələcəkdə bəzi imtahanların rəqəmsal formatda keçirilməsi üçün ilkin tədbirlər görüləcək. Bu addım yalnız texnoloji yenilik deyil, həm də ölkənin təhsil siyasətində köklü dəyişikliklərə yol aça biləcək strateji bir dönüş kimi qiymətləndirilməlidir. 

Prosesin hansı istiqamətlərdə inkişaf edəcəyi və test üsulunun tamamilə ləğv edilə biləcəyi ilə bağlı müzakirələr isə aktual qalır. Azərbaycanın təhsil qanunvericiliyinə nəzər saldıqda, əsas məqsədin bilik və bacarıqların şəffaf və ədalətli qiymətləndirilməsini təmin etmək olduğu görünür. “Təhsil haqqında” Qanuna əsasən, təhsil sistemi və onun qiymətləndirmə mexanizmləri hər bir şagirdin potensialını tam şəkildə ortaya çıxarmaq üçün təşkil edilməlidir.

Test üsulu bu prinsiplərə cavab verdiyi üçün 1990-cı illərdən bəri əsas qiymətləndirmə forması kimi tətbiq olunur. Lakin rəqəmsal imtahanlara keçid həm qiymətləndirmə prosesində, həm də ümumi təhsil sistemində yeni standartlar yarada bilər. Belə bir keçid zamanı bir tərəfdən, test üsulunun üstünlükləri qorunmalı, digər tərəfdən isə beynəlxalq təcrübədə təsdiqlənmiş metodlarla zənginləşdirilmiş yeni yanaşmalar tətbiq edilməlidir”. 

Yeni qayda nə verəcək?

O bildirib ki, dünyada rəqəmsal imtahanlara keçid artıq geniş tətbiq olunur və müxtəlif ölkələrdə bu sahədə fərqli təcrübələr mövcuddur:

“Məsələn, Estoniya rəqəmsallaşmanın təhsildə uğurla tətbiq edildiyi nümunələrdən biridir. Bu ölkədə məktəblərdən tutmuş ali təhsil müəssisələrinə qədər qiymətləndirmə tamamilə rəqəmsal sistemlər vasitəsilə həyata keçirilir. Bu yanaşma qiymətləndirmənin sürətini artırmaqla yanaşı, insan amilinin təsirini minimuma endirməyə imkan verir.

Digər tərəfdən, Finlandiya rəqəmsal imtahanları yalnız texnologiya ilə məhdudlaşdırmır, onları şagirdlərin yaradıcı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək üçün bir vasitə kimi istifadə edir. Bu ölkədə rəqəmsal imtahanlar vasitəsilə yalnız bilik yoxlanılmır, həm də şagirdlərin öyrəndiklərini necə tətbiq etdikləri qiymətləndirilir”. 

Problemlər var

Ekspertin sözlərinə görə, Azərbaycan üçün bu təcrübələri öyrənmək və tətbiqetmə modeli hazırlamaq vacibdir: 

“Lakin bu prosesdə bir sıra problemlər və çağırışlar ortaya çıxır. İlk növbədə, rəqəmsal imtahanların tətbiqi üçün texnoloji infrastrukturun hazırlanması əsas şərtdir. İmtahan mərkəzlərinin müasir kompüter avadanlıqları və yüksək sürətli internetlə təmin edilməsi, həmçinin texniki nasazlıqların qarşısını almaq üçün ehtiyat mexanizmlərinin yaradılması tələb olunur.

2023-cü ildə Azərbaycanda internetin əlçatanlığı ilə bağlı aparılan statistik araşdırmalar göstərdi ki, ölkə ərazisində yüksək sürətli internetə çıxış hələ də tam təmin olunmayıb. Bu, rəqəmsal imtahanların kütləvi şəkildə tətbiqini çətinləşdirə bilər”. 

İkinci mühüm məsələ şagirdlərin və müəllimlərin rəqəmsal texnologiyalarla işləmək bacarıqlarının artırılmasıdır:

“Rəqəmsal imtahanlar yalnız yeni bir platforma deyil, həm də yeni bacarıqlar tələb edir. Bu səbəbdən, şagirdlərə və müəllimlərə xüsusi təlimlər keçirilməli, onların yeni formatlara adaptasiyası təmin edilməlidir. Dünya təcrübəsi göstərir ki, rəqəmsal imtahanların uğurlu tətbiqi üçün ilkin mərhələdə genişmiqyaslı maarifləndirmə və təlim proqramları həyata keçirilməlidir.

Məsələn, ABŞ-də rəqəmsal SAT imtahanlarına keçid zamanı iştirakçılar üçün xüsusi platformalar yaradılıb, sınaq imtahanları təşkil edilib və hər bir iştirakçı rəqəmsal sistemin iş prinsipləri ilə tanış edilib”. 

“Məleykə Abbaszadənin qeyd etdiyi kimi, “çiy qiymət”lərdən...”

K. Əsədovun fikrincə, digər tərəfdən, rəqəmsal imtahanlara keçidin qiymətləndirmə prosesinə təsirini də nəzərə almaq lazımdır: 

“Məleykə Abbaszadənin qeyd etdiyi kimi, “çiy qiymət”lərdən uzaqlaşaraq yeni qiymətləndirmə metodlarına keçid rəqəmsal imtahanların əsas məqsədlərindən biridir. Bu, o deməkdir ki, rəqəmsal platformalar vasitəsilə iştirakçıların yalnız düzgün cavabları yox, həm də onların düşünmə və məntiqi təhlil bacarıqları qiymətləndiriləcək. 

Bu yanaşma təhsil sistemində keyfiyyətin artmasına səbəb ola bilər, lakin bu, eyni zamanda test üsulunun tamamilə ləğv ediləcəyi anlamına gəlmir. Test sistemi hələ də biliklərin obyektiv qiymətləndirilməsi üçün mühüm vasitə olaraq qalır. Rəqəmsal imtahanlar test sistemini tamamilə əvəz etməkdən daha çox, onun müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədinə xidmət edə bilər. 

Rəqəmsal imtahanların tətbiqi ilə bağlı digər bir vacib məqam onların sosial ədaləti təmin etmək imkanlarıdır. Hazırda test imtahanları şəffaf qiymətləndirmə vasitəsi kimi qəbul edilir və bu sistem insan amilinin təsirini minimuma endirmək baxımından əhəmiyyətlidir. Rəqəmsal imtahanlar isə bu şəffaflığı daha da artırmaq potensialına malikdir. 

Lakin texnoloji resurslara çıxış bərabərsizliyi xüsusən regionlarda yaşayan şagirdlər üçün əlavə problemlər yarada bilər. Buna görə də, imtahanların tətbiqi zamanı bu cür problemləri həll etmək üçün xüsusi mexanizmlər hazırlanmalıdır. Bütün bu faktları nəzərə alaraq, rəqəmsal imtahanlara keçid Azərbaycan təhsil sistemində irəliyə doğru böyük bir addım ola bilər”.

Ekspert hesab edir ki, bu proses mərhələli şəkildə həyata keçirilməli, texnoloji infrastruktur, insan resursları və qiymətləndirmə mexanizmləri müasir standartlara uyğun şəkildə yenilənməlidir:

“Beynəlxalq təcrübələrdən öyrənərək, Azərbaycanın təhsil sisteminə uyğunlaşdırılmış unikal bir model hazırlanmalıdır. Bu yanaşma yalnız bilik və bacarıqların obyektiv qiymətləndirilməsini təmin etməyəcək, həm də ölkənin təhsil sisteminin rəqabətqabiliyyətliliyini artıracaq. Rəqəmsal imtahanlara keçid texnologiyanın təhsildə istifadəsinin effektivliyini və cəmiyyətin inkişafını stimullaşdıracaq strateji addım ola bilər”. 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Yanvar 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri