Icma.az
close
up
RU
“Yeni qaydalar müəllimlərin sosial vəziyyətini yaxşılaşdıracaq” TƏHSİL EKSPERTİ

“Yeni qaydalar müəllimlərin sosial vəziyyətini yaxşılaşdıracaq” TƏHSİL EKSPERTİ

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda fəaliyyət göstərən 4430 ümumi təhsil məktəbində ümumilikdə 142 min müəllim işləyir. Qanunvericiliyə görə, müəllimlər məktəbdə yalnız öz dərs saatlarına uyğun müddətdə olurlar. Onlar 45 dəqiqəlik dərslərini bitirib məktəbdən ayrıldıqdan sonra, məktəb onların potensialından əlavə fəaliyyətlərdə yararlana bilmir.

Hazırda ümumi müəllim heyətindən təxminən 25 min nəfərin dərs yükü 13 saatdan da azdır. Bu isə onların əməkhaqqının aşağı olmasına səbəb olur. Nəticədə bir çox müəllim 250–300 manat civarında maaş alır.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, yeni qaydalar ilk növbədə müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək.

“Yeni qaydaların əsas məqsədi müəllimlərin sosial vəziyyətini, rifahını və əmək haqqını artırmaqdır. Hazırda 250–300 manat alan müəllimlər yeni qaydalarda tam ştatla çalışacaq və bu da onların maaşına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcək.

Hazırda müəllimin bir stavka dərs yükü 18 saatdır və buna görə cəmi 495 manat maaş alır. Bu isə kifayət qədər aşağı göstəricidir. Yeni qaydalarda maksimum dərs yükü 24 saata qədər artırılacaq və buna uyğun olaraq daha yüksək əmək haqqı veriləcək.

Bundan başqa, şagirdlər müəllimləri ilə daha çox ünsiyyətdə olacaq, valideynlər isə məktəbdə müəllimlərlə daha rahat şəkildə görüşə biləcəklər,” – deyə ekspert qeyd edib.

Kamran Əsədov əlavə edib ki, yeni qaydalar könüllü olacaq:

“İlkin mərhələdə sertifikasiyada 51 baldan yuxarı nəticə göstərmiş müəllimlər prosesə cəlb ediləcək. 2026-cı ilin sentyabrında isə yeni model bir neçə məktəbdə pilot layihə kimi tətbiq olunacaq”.

Ekspertin sözlərinə görə, iki növbəli məktəblərdə tətbiqin necə həyata keçiriləcəyi ilə bağlı narahatlıqlar da qanunvericilik çərçivəsində tənzimlənəcək:

“Şəraiti zəif olan məktəblərin infrastrukturunun yaxşılaşdırılması, müəllimlərin nahar və istirahət şəraiti ilə təmin edilməsi nəzərdə tutulur. Bu prosesdən əsas narahat olanlar repetitor fəaliyyəti ilə məşğul olanlardır”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Noyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri