Icma.az
close
up
RU
Yeni qərar: TƏBİB bu qurumu əvəzlədi

Yeni qərar: TƏBİB bu qurumu əvəzlədi

Qəbiristanlıq üçün torpaq sahəsinin ayrılmasında iştirak edən orqanların siyahısı dəyişib.

Gununsesi.info xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda dəyişiklik edib.

Qaydaya əsasən, qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiya yaradılıb.

İndiyə qədər Komissiyanın tərkibinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi daxil idi.

Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əvəzləyib.

Gununsesi.info

seeBaxış sayı:16
embedMənbə:https://www.gununsesi.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri