Icma.az
close
up
RU
Yeni qonorar normaları təsdiq edildi

Yeni qonorar normaları təsdiq edildi

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Dövlət sifarişi ilə istehsal edilən filmlərin müəlliflərinə ödənilən müəllif qonorarlarının və haqlarının minimum miqdarı və verilməsi Qaydaları” yeni redaksiyada təsdiq edilib.

Kulis.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvaviq qərarı 10 yanvar 2025-ci il tarixində Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Qərarla “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarında dəyişiklik edilib.

Həmin Qərarla təsdiq edilmiş 10 nömrəli əlavə – “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları” yeni redaksiyada verilib.

Müəllif qonorarlarının məbləği bu Qaydalarda nəzərdə tutulmuş minimum məbləğdən az olmamaqla, filmin istehsalı üçün dövlət büdcəsindən ayrılan vəsait, filmin istehsalçısı (prodüseri) ilə filmin müəllifləri arasında bağlanılan müqavilələrdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Yeni normalara görə, tammetrajlı bədii filmin orijinal ədəbi ssenarisinin müəllifi üçün qonorarın minimum məbləği 10 min manat (dərc olunmuş əsərin motivləri əsasında yazılan ssenari – 4,8 min manat), tammetrajlı bədii filmin quruluşçu rejissoru üçün 9 min, quruluşçu operator üçün 7 min, bəstəkar (orijinal musiqi) üçün 4,8 min manat, quruluşçu rəssam üçün 4 min manat nəzərdə tutulub.

Qısametrajlı bədii film və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün, tammetrajlı cizgi filmi və sənədli film, habelə qısametrajlı sənədli film, qısametrajlı cizgi filmi və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün də müvafiq qonorar normaları müəyyən edilib.

Qaydalarda qeyd olunur ki, müəllif qonorarının məbləği müəyyən edilərkən əsərin bədii-ideya səviyyəsi, mövzunun aktuallığı, filmin istehsalı prosesinin mürəkkəbliyi, ssenarinin orijinallığı, filmin müəlliflərinin peşəkarlıq səviyyəsi və xüsusi nailiyyətləri (qanunvericilikdə nəzərdə tutulmuş müvafiq fəxri adlara və ya digər mükafatlara malik olması) və bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərə alınır.

Bəstəkarın yaratdığı musiqi əsəri filmin rejissor həllinə uyğun gəlmədikdə və başqa bir bəstəkara musiqi sifariş verilməli olduqda, musiqi əsərini hazırlamış bəstəkara müəllif qonorarının ümumi məbləğinin 50 (əlli) faizinə qədəri ödənilir.

Filmin müəllifi qismində bir neçə şəxs çıxış etdikdə, hər bir müəllifə ödəniləcək müəllif qonorarının ümumi məbləği yerinə yetirdikləri işə mütənasib olaraq həmin şəxslər arasında bölüşdürülür.

Dövlət sifarişi ilə istehsal edilən filmlərin yaradılma proseslərinə cəlb olunmuş digər yaradıcı heyətinin üzvlərinə ödənilən haqlar filmin istehsalına ayrılan maliyyə vəsaiti çərçivəsində prodüserlə həmin yaradıcı heyətin üzvləri arasında bağlanılmış müqavilə ilə müəyyənləşdirilir.

Dövlət sifarişi ilə film istehsalı üçün filmin müəlliflərinə ödənilən müəllif qonorarlarının məbləğinin bu Qaydalarla müəyyən edilmiş həddən aşağı səviyyədə müəyyənləşdirilməsinə yol verilmir.

Dövlət sifarişi ilə istehsal edilən film istehsalçı (prodüser) tərəfindən bir nüsxədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müəyyən etdiyi qaydada Azərbaycan Dövlət Film Fonduna müvafiq daşıyıcıda təhvil verilməlidir.

"O arıq, uzun tənqidçi var e, Sevda..." - 40-dan sonra qadınlarda nə baş verir? "Vətəndaş A"nın Almazı: "Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz" - Müsahibə Seriallarımızda ağsaqqallıq eləyənlər
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:297
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Yanvar 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri