Icma.az
close
up
RU
Yeni reallıq: Dünyaya sübut olunan düz xətt

Yeni reallıq: Dünyaya sübut olunan düz xətt

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Bizim yaşadığımız həyat vahid düz xətt üzərində qurulmur. Həyat başdan-ayağa bir-birinin əksi olan, bir-birinə ziddiyyət təşkil edən mükəlləfiyyətlərlə doludur. Biz insanlar daim o mükəlləfiyyətlər arasında seçim etmək məcburiyyətindəyik. Kimsə bu seçimdən qaça bilməz. Düzdür, fatalistlərə bu aid deyil. Bu fəlsəfə taleyin hökmünə olan gümanla yaşayanları həmin mükəlləfiyyətlərdən məhrum edir".

"Cebheinfo.az" xəbər verir ki, bunu "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.  

"Bizdə gözəl bir deyim var: “Səndən hərəkət, məndən bərəkət.”Əslində, Allah insana azadlıq verib, amma hər şeyin sərhədini də müəyyən edib. İnsan bəzən öz xarakterini dəyişə bilər, lakin onu tamamilə ləğv edə bilməz. Yaradan o qədər gücü və azadlığı insana verməyib. Yəni insan öz ruhundakı konstitusional xarici quruluşun müəyyən hissələrini dəyişəcək qədər azaddır. Təbii ki, bu xüsusiyyətlər və keyfiyyətlər hamıda olmur. Dünyada hər bir hadisənin bir səbəbi var. İnsanlar da, onların qərarları da səbəb-nəticə zəncirinin bir hissəsidir. Bununla yanaşı, azad iradə də lazımdır ki, öz seçimlərini sərbəst şəkildə edə biləsən və gələcəyə təsir göstərə biləcək qətiyyətə sahib olasan"-deyə, R.Hüseynov deyib.

Siyasi-şərhçi qeyd edib ki, insanlar nəticənin necə olacağına zəmanət verəcək gücdə deyil:

"Biz yalnız o nəticəyə doğru can atmaq və onun uğrunda çalışmaq gücünə malikik. Yəni determinizm anlayışına üstünlük verməklə nəticələr əldə etmək uğrunda çalışırıq. Bu gün yaşadığımız dünya sanki əyri xətlər toruna bürünüb. Həmin torun ipini nəzarətdə saxlamaq, onun sirlərini öyrənmək və bu səlahiyyətləri qazanmaq uğrunda ciddi mübarizə gedir. Dünya dövlətləri bunun uğrunda müharibələr aparır, insanlar həyatını itirir, fəlakətlər törədilir və gördüyümüz kimi, cəmiyyət fatalist və determinist təfəkkür arasında parçalanır. Belə bir zamanda biz çox ciddi nəticə əldə etməklə dünyanın yalnız əyri xətlərdən ibarət olmadığını, düz xəttin də mövcud olduğunu xatırlatdıq. Vətən müharibəsində qazandığımız qələbə dövlətimizin şanlı Zəfəridir".

R.Hüseynov vurğulayıb ki, siyasətdə güclü idarəetməyə, sabitliyə, etimada, inama və daimi inkişafa nail olmaq üçün də azad iradə lazımdır:

"Belə bir həyatda Allahın bizə verdiyi azadlıqdan necə istifadə etmək fikrindən uzaq olmaq olmaz. Bunun üçün lider olmaq gərəkdir. İlham Əliyev müasir siyasətdə uğur qazanan liderə lazım olan əsas xüsusiyyətləri özündə birləşdirir: vizyon - gələcək təsəvvür, iradə və qətiyyət, ağıl, müdriklik, strateji düşüncə, cəsarət və etimad yaratmaq bacarığı. Bütün bu keyfiyyətləri öz şəxsiyyətində və siyasi fəaliyyətində birləşdirən liderimiz var. Unutmayaq ki, yuxarıda qeyd etdiyim kimi, əyri torun ipi uğrunda kim mübarizə aparırsa-aparsın, o ipin sahibi Allahdır. O, həmin ipi heç kimə verməz ki, dünya öz məcrasından çıxsın və ya tarazlığını itirsin".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri