Icma.az
close
up
RU
Yeni rəhbər: “Etimadı doğrultmaq istəyirik” (MÜSAHİBƏ)

Yeni rəhbər: “Etimadı doğrultmaq istəyirik” (MÜSAHİBƏ)

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Bəhruz Teymurov ötən ilin dekabrından AFFA Hakimlər Departamentinin rəhbəridir.

Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər hazırda Antalyada toplanışdadır. Musayev toplanışı izləyən “FutbolPress“in suallarını cavablandırdı:

– Futbolda yenisiniz, amma kifayət qədər səs-soraq var. Sizə təklif necə gəldi və Azərbaycan futboluna hansı ideyalarla gəlmisiniz?
– Gördüyümüz işləri ictimaiyyətə geniş formada məhz media çatdıracaq. Niyə gəldim? İnzibati vəzifədir. Müəyyən məsələlərə, struktur quruculuğu, işin təşkili mənasında xeyir vermək üçün dəvət edilmişəm. Hazırda tapşırılmış vəzifənin öhdəsindən gəlməyə çalışırıq. Etimadı doğrultmaq istəyirik. Müsbət haldır ki, komandamız bu işlərdə kifayət qədər səriştəlidir. Bu sahədə yeni olduğum üçün komandamla məsləhətləşmələr edirəm.

– Tapşırıqlar yaxın və uzaq vədə üçün nələrdən ibarətdir?
– Komitə və departament – mütəşəkkil işləyirik. İşin bölgüsü çox uğurlu təşkil olunub. Yaxın və gələcək perspektivləri birlikdə təyin edirik. Məqsəd bəsitdir, komitənin uğurlu olması üçün gələcəyə müəyyən baxışımız var. Departament öz növbəsində təkliflər irəli sürür və bu istiqamətdə çalışırıq. Yaxın planda kritik məsələ hakimlərin sayının az olmasıdır. Bu problemdir, müəyyən risklər yaradır və hakimlər arasında rəqabəti azaldır. Hazırda bu istiqamətdə işləyirik. Hakimlərin kəmiyyət və keyfiyyətinin artırılması üçün layihə hazırlanır. Yaxın zamanda icrasına başlanılsa, media nümayəndələri ilə geniş iclas keçirib, müzakirələr edəcəyik.

– Əvvəl hakimlərin qış toplanışı ilə yanaşı, yay hazırlığı da olurdu…
– Ötən il toplanış təşkil olundu. Hakimlər, xarici mütəxəssislər də bildirir ki, builki toplanış təşkilat, texniki-təchizat baxımından daha dolğun və səmərəlidir. Belə kampların təşkili vacibdir. Xarici mütəxəssislərlə aparılan fikir mübadiləsi, onların təcrübəsindən yararlanmaq, tövsiyələr almaq hakimlərimiz üçün vacibdir. Elə hakimlər var ki, beynəlxalq oyunlara gedir və belə mütəxəssislərlə fikir mübadiləsi olur. Amma digər referilərdə belə deyil.

– Hakimlər departamentdən böyük işlər gözlənir. Lakin bunun üçün böyük maliyyə lazımdır. Dünya standartında müxtəlif təcrübələr var. Məsələn, formalarında kifayət qədər reklamlar olur. Bəs bizdə bu məsələlər necə tənzimlənir?
– Hakimlər Departamenti AFFA-nın daxilindədir. Bizim hansısa sponsorla əlaqəmiz olsa belə, bu birbaşa AFFA üzərindən ola bilər. Burda iki tərəf – bir tərəf sponsordursa, digəri AFFA-dır. Hakimlər Komitəsinin müstəqil olaraq hansısa sponsorlar birbaşa danışığı yoxdur.

– Maliyyə təminatı baxımından assosiasiyanın bütün layihələrizi sürətlə təmin etməsi baxımımdan bu məsələ arzulanandır?
– Belə deyim, “maliyyə həmişə azdır”. Amma doğru bildirirsiniz, istənilən qurumda belədir. Kimə soruşsaz, deyəcək bəs etmir. Hakimlərimizin təlim-məşq toplanışını 7 günlük dövrdə təşkil edə biliriksə, deməli, maliyyə resursları kifayətdir. Yəni, 7 gün hakimlərin hazırlıq keşməsi üçün böyük dövrdür.

– Hakimlər bəzən oyunun keyfiyyətsiz çəkilişinə görə kritik məqamda qərar verməkdə çətinlik çəkir. Daha dəqiq, VAR üçün. Bu baxımdan onların işini rahatlaşdırmağa hansı planlar var? Yəni telekanala, PFL-ə hansısa müraciət nəzərdə tutulurmu?
– Bu məsələləri çox müzakirə edirik. Bizdə VAR layihəsi son beş ildə tətbiq edilir. Stadionlarda tam təchizat olmaması səbəbindən müəyyən çətinliklər yaranır. Bəzən hakimlər lazımlı rakursu əldə edə bilmir, yaxud görüntü var, amma ürəkaçan olmur. Bu baxımdan çempionatda çəkilişləri aparan “CBC Sport”la görüşümüz olub. Onların da texniki cəhətdən problemləri var. Bəzi stadionlarda işıqlandırma, bəzilərində yerlər məhdud olur. İstənilən rakursdan çəkilişi təmin etmək mümkün olmadığı üçün keyfiyyətə təsir edir. Növbəti görüş üçün müəyyən danışıqlar gedir ki, təkliflər hazırlansın. Təkliflərdən sonra rəhbərliyə də müraciət edəcəyik ki, boşluqları aradan qaldıraq.

– Hakimliyin daha çox menecment tərəfində olacaqsınız?
– Bəli.

– Hakimlikdə kütləviliyin təmini üçün nəsə nəzərdə tutulur?
– Hazırda layihəmizdə müəyyən müddəalar var. Media departamentinin bizə bu işdə böyük dəstəyi olacaq. Düşünürəm ki, yaxın zamanda sosial şəbəkələr üzərindən, kommunikasiya vasitəsilə təbliğatı gücləndirtəcəyik. Müasir dövrdür, düzgün kommunikasiya olmasa, səmərəli ola bilməyəcəyik. Bu baxımdan təbliğat məsələsi bizimçün çox vacibdir.

“FutbolPress”
(Antalya)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Yanvar 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri