Icma.az
close
up
RU
Yeni rekord: Bir sutkadan az müddətdə kosmosa 6 müxtəlif raket buraxılıb

Yeni rekord: Bir sutkadan az müddətdə kosmosa 6 müxtəlif raket buraxılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 may, AZƏRTAC

Cəmi 17,5 saat ərzində dünyanın müxtəlif kosmodromlarından orbitə altı raket buraxılışı həyata keçirilib. Bu göstərici bir sutka ərzində həyata keçirilmiş raket buraxılışlarının əvvəlki maksimum sayını iki dəfə üstələyib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, missiyaların əksəriyyəti peyk internet şəbəkələrinin yerləşdirilməsi ilə bağlı olub. Görünür, kosmik trafikin bu qədər sıxlığı hələ başlanğıcdır.

Belə ki, aprelin 29-da (Bakı vaxtı ilə saat 01:10-də) Çin Haynan adasında yerləşən Vençan kosmodromundan “Long March 5B” raketini orbitə buraxıb. Raket “Guowang” adlı genişzolaqlı əlaqə üçün nəzərdə tutulmuş böyük peyk şəbəkəsinin yaradılması məqsədilə bir qrup peyki Yerin aşağı orbitinə çıxarıb.

32 dəqiqə sonra Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr bazasından “SpaceX” şirkətinin “Falcon 9” raketi buraxılıb. Raket Yerin aşağı orbitinə 27 ədəd “Starlink” internet peykini çatdırıb.

Daha sonra, Şərq vaxtı ilə saat 19:01-də (Bakı vaxtı ilə aprelin 29-u saat 04:01-də) “United Launch Alliance” şirkətinin “Atlas V” raket-daşıyıcısı Floridada Kosmik Qüvvələr bazasından buraxılıb və “Amazon” şirkətinin “Project Kuiper” genişzolaqlı rabitə meqabürc şəbəkəsi üçün ilk 27 peyki orbitə çıxarıb. 3,5 saat sonra NASA-nın Kennedi Kosmik Mərkəzindən daha bir “Falcon 9” raketi buraxılıb və orbitə 23 “Starlink” peyki çatdırılıb.

Aprelin 30-u səhər saatlarında daha iki buraxılış həyata keçirilib, lakin bu buraxılışlarda internet peykləri orbitə çıxarılmayıb.

Şərq vaxtı ilə saat 05:15-də (Bakı vaxtı ilə 14:15-də) Fransız Qvianasındakı Kuru kosmodromundan “Arianespace” şirkətinin “Vega-C” raketi buraxılıb. Raket Avropa Kosmik Agentliyinin “Biomass” peykini Yer aşağı orbitinə çıxarıb. Bu cihaz meşələrin vəziyyətinə nəzarət edəcək. “Vega-C” üçün bu, cəmi dördüncü, 2022-ci ilin dekabrında baş vermiş uğursuz uçuşdan sonra isə ikinci buraxılış olub.

Həmin gün səhər “Firefly Aerospace” şirkəti Vandenberq kosmodromundan “Alpha” raketinin altıncı buraxılışını həyata keçirib. Raket “Lockheed Martin”in texnologiyalarını nümayiş etdirən peyki daşıyıb. Lakin birinci və ikinci pillələrin ayrılması zamanı nasazlıq baş verib və faydalı yük itib.

Nəticədə 17,5 saat ərzində orbitə altı raket buraxılışı həyata keçirilib, onların beşi uğurlu olub. Bu, son dərəcə yüksək aktivlikdir və görünür, bu yalnız başlanğıcdır. “SpaceX” artıq həftədə bir neçə buraxılış həyata keçirir, böyük peyk genişzolaqlı rabitə şəbəkələrinin hazırlanması isə davam edir. Buna görə də raket buraxılışlarının daha da tez-tez baş verəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 07:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri