Yeni sanksiya: Rusiya neft şirkətləri təhlükə altındadır
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
AB Rusiyaya qarşı hazırlanmaqda olan 19-cu məhdudiyyətlər paketi çərçivəsində bank və enerji sektorlarına qarşı sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, AB Rusiyanın bir sıra bank və enerji şirkətinə qarşı yeni sanksiyaların tətbiqini müzakirə edir:
“19-cu paketdə Rusiyanın ödəniş sisteminə və bank kartlarına, kriptovalyuta birjalarına qarşı tədbir, həmçinin neft ticarətinə əlavə məhdudiyyətlər də nəzərdə tutulub. AB Rusiya ilə əlaqəsi olan gəmiləri də əhatə edəcək şəkildə qara siyahıları genişləndirməyi, üçüncü ölkənin neft treyderlərinə məhdudiyyətlər tətbiq etməyi, sanksiyaya məruz qalan tankerlərin təkrar sığortasını qadağan etməyi və Rusiya neft şirkətlərinə məhdudiyyətləri sərtləşdirməyi planlaşdırır. O cümlədən, siyahıya “Rosneft” və “Lukoyl” daxildir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 08 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















