Icma.az
close
up
RU
Yeni sanksiyalar paketi yolda: Avropa Trampa bəhanə hazırlayır

Yeni sanksiyalar paketi yolda: Avropa Trampa bəhanə hazırlayır

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən Çin şirkətlərinə qarşı yeni sanksiyalar paketi hazırlayır.

Metbuat.az xəbər verir ki, bu barədə nüfuzli “Politico” nəşri yazıb. Bildirilib ki, bu, Aİ-nin 19-cu sanksiyalar paketi olacaq. Məqsəd ABŞ prezidenti Donald Trampı Rusiyaya qarşı daha sərt addımlar atmağa razı salmaqdır.

Tramp həftəsonu açıq şəkildə bildirmişdi ki, yalnız iki şərtlə Aİ-yə qoşulacaq: NATO ölkələri Rusiyadan bütün neft idxalını dayandırmalı və Çindən gətirilən mallara 50–100 faiz arasında yüksək tariflər tətbiq olunmalıdır.

Aİ-nin mövqeyi müsbətdir

Aİ diplomatları Rusiyadan qalan az miqdarda neft idxalının da dayandırılmasına və müəyyən Çin şirkətlərinin hədəfə alınmasına müsbət baxırlar. Amma ümumi tariflər tətbiqini qeyri-mümkün sayırlar. Onların fikrincə, bu, Avropa iqtisadiyyatı üçün ağır nəticələrə gətirib çıxaracaq və inflyasiyanı daha da artıracaq. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Tramp ilə telefon danışığından sonra açıqlama yayaraq yeni sanksiyaların əsasən “kripto, banklar və enerji” sahələrinə yönələcəyini bildirib. O, Çin məsələsinə toxunmayıb.

Diplomatik narahatlıqlar var

Bir çox Aİ rəsmiləri Trampın bu sərt şərtlərinin əslində “bəhanə” ola biləcəyindən narahatdırlar. Onların fikrincə, ABŞ prezidenti bununla Rusiyaya qarşı real addımlar atmamaq üçün məsuliyyəti NATO müttəfiqlərinin üzərinə atmağa çalışır. Hətta bəzi diplomatlar Trampın bu tələblərinin arxasında iqtisadi maraqlar da gördüklərini gizlətmirlər. Onların sözlərinə görə, Çindən idxala yüksək tariflərin tətbiqi Avropada iqtisadiyyatı zəiflədər, rus neftinin tam qadağan olunması isə ABŞ-ın Avropaya maye qaz satışını artırmasına imkan yaradardı.

Litvanın energetika naziri Jıgimantas Vaiçiunas məsələni belə qiymətləndirib: “Tramp Vaşinqtonun Avropanın zəifliklərindən öz geosiyasi maraqları üçün istifadə etməyə hazır olduğunu göstərir.”

Danimarka və Polşa kimi ölkələr Trampın təzyiqindən istifadə edərək hələ də Rusiyadan neft alan Slovakiya və Macarıstanın bu asılılığına son qoyulması üçün Aİ-dən daha sərt addımlar atmağı tələb edirlər.

Növbəti addım ki, Avropa Komissiyası rəsmi açıqla verib. Bildirilib ki, G7 ölkələri və ABŞ ilə birlikdə sanksiyaların icrasında sıx əməkdaşlıq davam edir. Yeni paketdə Çinə qarşı sanksiyalar olsa da, onların Trampı razı salacağı hələ ki, böyük sual altında qalır.

Gülbəniz Hüseynli / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Sentyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri