Icma.az
close
up
RU
Yeni sənədlər, yeni mərhələ: Azərbaycan Serbiya tərəfdaşlığı dərinləşir

Yeni sənədlər, yeni mərhələ: Azərbaycan Serbiya tərəfdaşlığı dərinləşir

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan–Serbiya sənədlərinin mübadiləsi mərasimi keçirildi. İmzalanan saziş və memorandumlar iki ölkə arasında əməkdaşlığın artıq yalnız siyasi dialoqla məhdudlaşmadığını, konkret sahələr üzrə sistemli inkişaf mərhələsinə keçdiyini nümayiş etdirdi”.

Bu fikirləri “Cebheinfo.az”a Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi bildirib. Onun sözlərinə görə, qida təhlükəsizliyi, energetika, iqtisadiyyat, media və kommunikasiya, mədəniyyət, idman, eləcə də tibbi sığorta sistemləri kimi geniş spektri əhatə edən sənədlər tərəfdaşlığın çoxşaxəli xarakter aldığını göstərir:

“Xüsusilə Serbiya ərazisində qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunmasına dair razılaşma enerji əməkdaşlığını strateji səviyyəyə yüksəldən mühüm addım kimi qiymətləndirilir.

Əslində, son sənədlər iki ölkə münasibətlərinin məntiqi davamıdır. Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlər 21 avqust 1997-ci ildə qurulub, 2010–2023-cü illər ərzində isə ümumilikdə 57 sənəd imzalanaraq möhkəm müqavilə-hüquq bazası formalaşdırılıb. Bu dövrdə iqtisadi əlaqələr də inkişaf edib, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin artması əməkdaşlığın praktiki nəticələr verdiyini təsdiqləyib”.

Partiya sədri bildirir ki, Belqradda imzalanan yeni sənədlər isə mövcud bazanı keyfiyyətcə yeni mərhələyə daşıyır:

“Prezidentlərin çıxışlarında vurğulanan əsas məqam - qarşılıqlı etimadın möhkəmlənməsi və uzunmüddətli strateji tərəfdaşlıq niyyətidir. Bu yanaşma göstərir ki, Bakı və Belqrad münasibətləri regional enerji təhlükəsizliyi, investisiya axınları və humanitar əlaqələr baxımından daha geniş coğrafi əhəmiyyət qazanır”.

Şərhçi qeyd edir ki, sənədlərin sayının artması təkcə diplomatik fəallıq göstəricisi deyil:

“Bu, eyni zamanda iqtisadi inteqrasiyanın dərinləşməsi, birgə layihələrin genişlənməsi və tərəflərin bir-birini etibarlı tərəfdaş kimi qəbul etməsinin real sübutudur. Energetika, sənaye, sosial sahələr və humanitar istiqamətlər üzrə paralel əməkdaşlıq Azərbaycan–Serbiya münasibətlərini klassik ikitərəfli çərçivədən çıxararaq çoxölçülü strateji əməkdaşlıq modelinə çevirir.

Bütün bunlar onu göstərir ki, indiyədək formalaşmış hüquqi və siyasi baza yeni razılaşmalarla daha da möhkəmlənir. Prezidentlərin siyasi iradəsi və imzalanan sənədlərin məzmunu qarşıdakı illərdə əməkdaşlığın artan dinamika ilə davam edəcəyini deməyə əsas verir. Beləliklə, Belqrad görüşü Azərbaycan–Serbiya münasibətlərinin yalnız növbəti diplomatik epizodu deyil - tərəfdaşlığın genişlənən strateji mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər”.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Fevral 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri