Yeni sərhəd qapıları iki lideri bir araya gətirdi: Nikosiyada mühüm görüş
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar və Kipr lideri Nikos Hristodulidis görüşərək tərəflər arasında yeni sərhəd qapılarının açılması məsələsini müzakirə ediblər.
Publika.az xəbər verir ki, görüş paytaxt Nikosiyada BMT-nin nəzarətində olan bufer zonada təşkilatın nümayəndəsi Kolin Stüartın ev sahibliyi ilə baş tutub. Görüşdən sonra BMT-nin dərc etdiyi birgə bəyanatda tərəflərin gələn həftə yenidən görüşəcəkləri bildirilib.
Tatar görüşdən sonra verdiyi açıqlamada Nikos Hristodulidisin üç tərəfdən yunan torpaqları ilə əhatə olunmuş dəniz kənarında yerləşən Erenköydən tranzit hüququ istədiyini, hərbi bölgə olduğu üçün bunu qəbul etməyin mümkün olmadığını bildirib. Kipr lideri görüşlə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, bu gün Şimali Kipr ilə Yunanıstan rəhbərliyi arasında 3-ü paytaxt Lefkoşada olmaqla 9 sərhəd qapısı var.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 21 Yanvar 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















