Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Yeni sərhəd TƏXRİBATI Fransız səfir görün nələr edib

Yeni sərhəd TƏXRİBATI Fransız səfir görün nələr edib

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Dekotini Ermənistan-Azərbaycan sərhədində Aİ missiyası ilə görüşüb; Qərbin “binokl” təxribatları vərdiş halını almaqda, İrəvan və Paris arasında hərbi əməkdaşlıq genişlənməkdədir

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Ermənistan-Azərbaycan sərhədində olub. “Yeni Müsavat” bildirir ki, səfir Aİ missiyası ilə sərhəddə görüş keçirib. “Biz Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etməkdən şərəf duyuruq”, - Aİ missiyası görüşdən yazıb. Ötən həftə isə Polşa prezidenti Andjey Duda sərhədə gəlmişdi. Son dövrlər Aİ missiyası çərçivəsində sərhəddə “binokl”la müşahidələr intensivləşib. 

Bu hərəkətlilik Azərbaycan tərəfindən müsbət qarşılanmır. Diplomatların sərhəddən bizi niyə müşahidə etdikləri izah olunmur. Məsələn, fransız səfir nə gördü və hansı qeydləri apardı? Bir müddət əvvəl səfir vurğulayıb ki, plan missiyanın mövcudluğunu təxminən iki dəfə artırmaqdır, bu da əlavə bir neçə yüz nəfər deməkdir. Dekottini iddia edib ki, onlar vaxtilə Qarabağda olmuş Rusiya hərbi kontingentindən daha çox iş görüblər. 

“Bu o deməkdirmi ki, Aİ Bakı və Moskvanın tələbi ilə öz missiyasını sərhəddən çıxarmayacaq” sualını O.Dekottini belə cavablandırıb: “Missiyanın mandatı Brüsseldə müəyyən edilir”. Müsahibədə açıq ifadə olunur ki, bu mövzuda Ermənistan rəhbərliyinin nə düşündüyü Paris üçün əhəmiyyətli deyil. Səfir deyir, özü “sərhəddə gözləri ilə görüb” ki, missiyanın qalmasına, sayının artırılmasına, mandatının uzadılmasına “zərurət” var. Hərgah, Paşinyan delimitasiya edilmiş ərazilərdən onların çıxarılmasını təklif etmişdi. 

2022-ci ilin payızında bu barədə verilən siyasi qərarda 2 aylıq 40-50 silahsız müşahidəçinin Azərbaycan - Ermənistan sərhədində monitorinqlər aparması nəzərdə tutulmuşdu. Rəsmi Bakıda ona etiraz etməmişdi, amma 2 aylıq müddət 2 ili keçib, kontingentin tərkibi 40 nəfərdən 400 nəfərə çatıb. Şübhəsiz ki, onları ən müasir kəşfiyyat avadanlıqları ilə təmin ediblər. Bugünlərdə Azərbaycan mediasında Ermənistanla sərhəddə qurulan kəşfiyyat mərkəzinin fotolarının yayılması da Fransanın timsalında Avropa İttifaqının gerçək planlarına işıq tutur. Səfirin dediklərindən məlum olur ki, missiya getdikcə böyüdülərək Aİ-nin (əslində Fransanın) Ermənistandakı hərbi bazasına çevriləcək. Nəzərə alaq ki, İrəvan və Paris arasında hərbi əməkdaşlıq sürətlə genişləndirilir.

 Qabil Hüseynli 

“Yeni Müsavat”a danışan professor Qabil Hüseynli hesab edir ki, Aİ-nin bir neçə yüz nəfərdən ibarət hərbi baza qura bilməsi indi mümkün görünmür. Politoloqa görə, hazırda Ermənistan sərhədləri rus hərbçiləri tərəfindən mühafizə olunur: “İrəvan KTMT-dən de-yure çıxmasa, Gümrüdəki hərbi baza ləğv olunmasa, Qərbin Ermənistana hərbi baza yerləşdirməsi mümkün deyil. İkincisi, Rusiya bunu NATO-nun Cənubi Qafqazda hərbi mövcudluğu kimi qiymətləndirəcək. Sadəcə, bunun təməli qoyulmaqdadır və mərhələli proses aparılır. Avropa İttifaqı sərhədə yerləşməklə bu bölgədə olduğunu nümayiş etdirir. Gələcəkdə isə Fransa və Almaniya Aİ adı ilə Ermənistana tamamilə yerləşməyə çalışacaqlar. Ancaq bu, Paşinyanın geopolitik qarşıdurmada iti dişlərin arasında sıxılmasına səbəb olacaq. Buna nə dərəcədə tab gətirməsi Qərbin onu qorumasından asılı olacaq. Məhz o səbəbdən, Avropa İttifaqı Ermənistanda möhkəmlənir”.

Q.Hüseynlinin fikrincə, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi etməyə hazır və maraqlı deyil: “Hələ ki İrəvan Rusiyaya ticarət dövriyyəsində, sanksiyalardan yayınmaqda tramplin kimi lazımdır. Zaxarova da demişdi ki, iqtisadi əlaqələr yaxşıdır, təhlükəsizlik mövzusunda anlaşılmazlıq var. Bu da Avropa İttifaqının müdaxiləsi ilə bağlıdır. Paşinyan öhdəlik götürüb ki, rusların hərbi mövcudluğuna tədricən son qoyacaq və Qərbi bölgəyə yerləşdirəcək. Ermənistan hökumətinin başçısı Ukrayna münaqişəsinin necə yekunlaşacağını gözləməkdədir. Paşinyan öz xarici siyasət kursunu bu savaşın nəticələrinə uyğun müəyyənləşdirəcək. Bu savaşdan çıxan Rusiyanın Cənubi Qafqazda təsirlərinin hansı səviyyədə olacağı maraqlıdır”. 

Qeyd edək ki, Aİ-nin mülki müşahidə missiyası 2022-ci ilin dekabrından fəaliyyətə başlayıb. Ancaq təsisatın formalaşması ilə bağlı qərar əvvəl - həmin ilin oktyabrında verilmişdi. Daha doğrusu, söhbət qərardan yox, razılıqdan getmişdi. Belə ki, oktyabrda Praqada Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmüşdü. Həmin görüşdə Aİ Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron da iştirak etmişdilər. Missiya məhz Makronun təşəbbüsü idi. Azərbaycan müşahidəçilik institutuna etiraz etməsə də, onun şərti sərhədin öz tərəfində fəaliyyətinə razılıq verməmişdi. Rəsmi Bakı hələ lap əvvəldən müşahidəçilərin mövcudluğunu qəbul etməmiş, onların fəaliyyətinə lüzumsuz yanaşmışdı. Çünki bu təcrübənin heç bir fayda verməyəcəyi məlum idi. Nəzərə alaq ki, işğal illərində ATƏT-in monitorinq qrupu deyilən təsisat fəaliyyət göstərmişdi. Aİ-nin müşahidə missiyası ötən ilin sonunda bir illik fəaliyyəti ilə bağlı hesabat açıqlayanda məlum oldu ki, təsisatın təmsilçilərinin işi-gücü şərti sərhədin müxtəlif hissələrini gəzib-dolaşmaqdan başqa bir şey deyil. 
“Yeni Müsavat” 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Dekabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri