Yeni şəxsiyyət vəsiqəsi bu hallarda alınmalıdır
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şəxsiyyət vəsiqəsinin qanunvericiliyin tələbi ilə müəyyən olunan yeni standartlarla təyin olunan vəsiqələrin alınması məcburi deyil.
Modern.az xəbər verir ki, bu məsələ parlamentin bugünkü iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliyin edilməsi müzakirə edilərdək bildirilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə aydınlıq gətirib. O qeyd edib ki, yeni vəsiqənin əldə olunması qanunda nəzərdə tutulan hallarda baş verəcək.
“Vəsiqənin müddəti, şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, vətəndaşın yaşı 15-ə çatdıqda və qanunla nəzərdə tutulan digər hallarda vətəndaşların vəsiqəsi yeni standartlarla nəzərdə tutulan formada veriləcək”,-o deyib.
Qeyd edək ki, aşağıdakı hallarda yeni şəxsiyyət vəsiqəsi alınmalıdır:
-Vəsiqənin müddəti bitdikdə
-Ad, soyad, ata adı dəyişdikdə
-Şəkil köhnəldikdə:
-Vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə:
-Vətəndaşın yaşı 15-ə çatdıqda:
-Vəsiqənin texniki cəhətdən yararsız olması
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 08 İyul 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















