Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? AÇIQLAMA
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bu, əhalini maraqlandıran məsələ olduğu üçün fikirimi bildirmək istərdim. Yeni nəsil şəxsiyyət vəsiqələrindən fərqli olaraq burada yaşayış yeri və verilmə tarixi göstərilməlidir. Bu, indiki şəxsiyyət vəsiqələrində yoxdur. Bir də beynəlxalq aviasiya təşkilatının tələbinə uyğun olaraq fotoşəkil məsələsi qoyululub".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunda dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
"Dəqiqləşdirmə aparmaq istərdim. Şəxsiyyət vəsiqələri hansısa müddətə dəyişdirilməlidir? Bu həm də böyük maliyyə vəsaiti deməkdir", -deyə deputat bildirib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli cavab olaraq qeyd edib ki, narahatlıq üçün heç bir əsas yoxdur:
"Vaxtı bitən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda, yaşla və ya dəyişdirilməsi tələb olunan hallarda şəxsiyyət vəsiqəsini yeniləmək lazımdırsa, həmin dövrdə yeni şəxsiyyət vəsiqəsinin tələbləri olacaq. Mövcud şəxsiyyət vəsiqələri qüvvədədir, işləyir və heç kim üçün əlavə ödəniş mövcud deyil".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 08 İyul 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















