Icma.az
close
up
RU
Yeni smartfon almaq istəyənlərə XƏBƏRDARLIQ

Yeni smartfon almaq istəyənlərə XƏBƏRDARLIQ

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

"Counterpoint Research" analitik şirkətinin ilkin qiymətləndirmələrinə əsasən, bu ilin ikinci rübündə qlobal smartfon tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 11% azalaraq 2013-cü ildən bəri ikinci rüblər üzrə ən aşağı səviyyəyə enib.
Analitiklər bunu yaddaş çiplərinin qıtlığı, istehsal xərclərinin artması və istehlakçı tələbinin zəifləməsi ilə əlaqələndirirlər.
"Counterpoint Research" ilin yekunları üzrə qlobal smartfon tədarükünün təxminən 14% azalacağına dair proqnozunu qüvvədə saxlayıb. Şirkətin qiymətləndirməsinə görə, yaddaş çiplərinin qlobal qıtlığı 2027-ci ilə qədər davam edə bilər.
Belə olan halda, smartfonlar bahalaşa bilərmi?
Mövzuyla bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, bunun bir sıra səbəbləri var:
“Bilirsiniz ki, son zamanlar qlobal bazarda müəyyən təlatümlər oldu. Bu da istehlakçıların qərarlarına təsir göstərdi. Əvvəllər insanlar tez-tez smartfonlarını dəyişirdi. Lakin son bir neçə ildə smartfonların qiymətindəki kəskin artım istehlakçılarda tərəddüd yaradıb. Artıq onlar telefonu dəyişdirməkdə o qədər də maraqlı deyillər. Çünki premium telefonların qiyməti 3-5 min arasında dəyişir.
Bu səbədən də istehlakçılar təkcə telefona ildə ən azı 4-5 min xərcləməyə lüzum görmür. Maraqlıdır ki, son zamanlar ikinci əl telefonlara həm dünyada, həm də ölkəmizdə maraq artıb. Bu maraq da məhz yeni telefonların kifayət qədər baha olması ilə bağlıdır”.
Müsahibimiz bildirib ki, son zamanlar insanlar daha sadə telefonlara maraq göstərirlər:
“Həmin telefonlar sırasında isə smartfonlar yoxdur. Qısa zamanda köhnə və sadə telefonlara maraq göstərənlərin sayı ümumi telefon istifadəçilərin 7 faizinə qədər artıb. Bu heç də kiçik rəqəm deyil. Ən əsası bu rəqəmlər günbəgün artır. Bu da smartfon bazarına öz mənfi təsirini göstərir”.
Yeni həllər yoxdur...
 

Vüqar Oruc onu da əlavə edib ki, smartfonlara marağın azalmasının bir səbəbi də yeniliklərin olmamasıdır:


“Artıq neçə ildir ki, smartfon istehsalçıları yeni həllər təqdim edə bilmirlər. Anoloji variantlar təklif edirlər. Bu səbəbdən də təzə smartfonlarda yeni həllər görəməyən müştərilər köhnə məhsula daha çox maraq göstərirlər”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 İyul 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri