Icma.az
close
up
RU
Yeni stansiyaların layihələndirilməsinə 35.4 milyon XƏRCLƏNƏCƏK

Yeni stansiyaların layihələndirilməsinə 35.4 milyon XƏRCLƏNƏCƏK

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropolitenində infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində növbəti mühüm addım atılıb.

Modern.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə beynəlxalq təcrübəyə malik mühəndislik və layihələndirmə şirkəti olan Türkiyənin “Yüksel Proje” şirkəti arasında müqavilə imzalanıb və artıq öhdəliklərin icrasına start verilib.

Müqavilə çərçivəsində:

Yaşıl xətt üzrə Y14–Y17 və Bənövşəyi xətt üzrə B5–B8 stansiyaları və bu stansiyalar arasında tunellərin layihələndirilməsi;

“28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi;

“İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.

Müqavilənin ümumi dəyəri 35,4 milyon manat təşkil edir və satınalma prosesi “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq bir mənbədən satınalma metodu ilə həyata keçirilib.

Vergi və inzibati öhdəliklərin Azərbaycan hüququna uyğun şəkildə icrası, qanunvericilik çərçivəsində fəaliyyət, eyni zamanda layihənin idarəolunmasında səmərəliliyi artırmaq məqsədilə müqavilə “Yüksel Proje” şirkətinin Azərbaycanda təsis etdiyi “Yüksel Proje” MMC ilə imzalanıb.

Qeyd edək ki, dünyanın ən böyük 225 layihələndirmə şirkətinin müəyyən edildiyi ENR 2023 siyahısında 162-ci yerdə qərarlaşmış “Yüksel Proje” 45 ildən artıq beynəlxalq təcrübəyə malikdir. Şirkət bu günə qədər dünyanın 30-dan çox ölkəsində, eləcə də Türkiyənin bir sıra böyük şəhərlərində metro və dəmir yolu layihələrinin uğurla layihələndirilməsi və idarə edilməsində iştirak edib. Fəaliyyətində müasir texnologiyalara əsaslanan şirkət Tikinti İnformasiya Modelləşdirilməsi (BİM) metodologiyasından istifadə edir və “ISO 9001”, “ISO 14001” və “ISO 45001” beynəlxalq sertifikatlarına sahibdir.

Yeni əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr Bakı Metropoliteninin strateji inkişafına mühüm töhfə verəcək, şəhərin nəqliyyat yükünü azaldacaq, sərnişin rahatlığını əhəmiyyətli dərəcədə artıracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyul 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see191

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see145

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see120

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri