Yeni Suraxanı qeydiyyatında olmayanların orada dəfninə icazə verilmir VİDEO
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Camaatın nəzərinə! Yeni Suraxanı qeydiyyatında olmayanlar qəbiristanlıqda dəfn olunmur".
Redaktor.az-ın xezerxeber.az-a istinadla məlumatına görə, sözügedən elan paytaxtın Sabunçu rayonu, Yeni Suraxanı ərazisində yerləşən qəbiristanlığın girişində asılıb.
Qəbiristanlıq nəzarətçisinin sözlərinə görə, həmin ərazidə dəfn xərcləri, eləcə də dəfn üçün torpaq pulsuzdur, bu səbəbdən də ətraf ərazilərdən Yeni Suraxanı qəbiristanlığına dəfn üçün axın olur. Bu isə məhdud sayda yeri olan qəbiristanlığın dolmasına səbəb olduğundan, ancaq yerli əhalinin dəfninə üstünlük verilir.
Suraxanı rayonu, "Dədə Qorqud" qəbiristanlığının rəhbəri Uğur İslamov "Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, sözügedən qəbiristanlıq əvvəllər şəhər qəbiristanlığı statusunu daşıyıb, 2019-cu ildə həmin status ləğv edilərək Suraxanı rayonunun balansına verilib. Paytaxt qəbiristanlıqlarında ümumi olaraq sıxlıq müşahidə edildiyindən həmin qəbiristanlıqda yerli sakinlərin dəfninə üstünlük verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 17 May 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















