Icma.az
close
up
RU
Yeni tarixi mərhələnin başlanğıcı

Yeni tarixi mərhələnin başlanğıcı

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

“Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yeni səhifə açılır. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan və Ermənstan liderlərinin görüşü, eləcə də imzalanmış sənədlər yeni tarixi mərhələnin başlanğıcıdır”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Donald Tramp ABŞ-da yenidən hakimiyyətə gəldikdən sonra dünyada müharibələrin dayandırılmasına çalışacağını bəyan etmişdi və bu görüş təşəbbüsü də onun sözügedən mövqeyindən irəli gəlir. Vaşinqton görüşü öncəsi Cənubi Qafqazda sülhün təmin olunması ilə bağlı nikbin proqnozlar verilirdi, bu gözləntilər də özünü doğrultdu. Belə ki, Vaşinqtonda tarixi hadisələr baş verdi. Əvvəlcə qeyd edək ki, dünyanın super-güc dövləti olan ABŞ-ın lideri Donal Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşü, xalqımız və ölkəmi haqqında müsbət fikirləri ilk növbədə dövlətimizin başçısının yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanması da böyük əhəmiyyət kəsb edir. Sənədə əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Həmçinin, iki ölkənin prezidentləri arasında keçirilən görüş çərçivəsində D.Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması xüsusi vurğulanmalıdır. Məlumdur ki, vaxtilə qəbul olunmuş bu sənəd tamamilə obyektivlikdən uzaqdır. Erməni lobbisinin təsiri ilə qəbul olunmuş 907-ci düzəliş iki ölkənin münasibətlərinə ciddi xələl gətirirdi. Doğrudur, illər öncə 907-ci düzəlişin tətbiqi dayandırılmışdı, lakin Bayden administrasiyası dövründə bu sənəd yenidən tətbiq olunmağa başladı. Prezident Tramp tərəfindən verilən bu qərar isə ədalətin bərpasıdır.
Millət vəkilinin sözlərinə görə, ən mühüm məqam Vaşinqtonda Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün atılan addımlardır. Belə ki, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb. Əlbəttə, hər iki məsələ olduqca vacibdir. Saziş layihəsinin paraflanması, sənədin imzalanması üçün mühüm mərhələdir. ATƏT-in Minsk qrupuna gəlincə, birgə müraciət bu təsisatın sonu deməkdir. Məlumdur ki, Minsk Qrupunun ləğvi sülh sazişinin imzalanması üçün Azərbaycanın iki şərtindən biridir. 30 il ərzində münaqişənin həlli üçün heç bir praktiki addım atmayan Minsk qrupu artıq rəsmən tarixin arxivinə göndərilir.
Sevinc Fətəliyeva qeyd edib ki, Vaşinqton görüşünün nəticəsi olaraq liderlər tərəfindən imzalanmış Birgə Bəyannamə xüsusi önəm kəsb edir. Sənəd Azərbaycanın maraqlarına tam cavab verir. Birgə Bəyannamədə çox mühüm məqamlardan biri iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni özündə əks etdirir.
Prezident İlham Əliyev Ağ Evdə mətbuata bəyanatı zamanı mühüm mesajlar verərək deyib: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır”. Bununla belə, dövlətimizin başçısı Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində Ermənistanın ev tapşırıqlarının olduğunu da xatırladaraq vurğulayıb: “Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda imzalana bilər. Lakin bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Hesab edirəm ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir. Odur ki, bugünkü gün, o cümlədən buna görə tarixi gün sayıla bilər”. Dövlət başçısı müsahibəsində Azərbaycan-ABŞ münasibətləri, 907-ci düzəlişin ləğvi, Minsk qrupunun buraxılması və s. barədə fikirlərini də ifadə edib.
“Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, bu gün həqiqətən də bütün aspektlərdən — təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik. Beləliklə, regionumuz yeni bir mərhələ ərəfəsindədir. İnanırıq ki, bu mərhələ xalqlarımıza böyük fayda verəcək”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri