Icma.az
close
up
RU
Yeni tədris ili və şəhər nəqliyyatı: Sıxlıqların qarşısı necə alınır?/ŞƏRH

Yeni tədris ili və şəhər nəqliyyatı: Sıxlıqların qarşısı necə alınır?/ŞƏRH

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Yeni tədris ilinin başlanması ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları təhsil ocaqlarının yaxınlığında sıxlıq və tıxacların qarşısını almaq üçün tədbirlər həyata keçirirlər.

Bəs mövcud şərait və vəziyyət növlər üzrə necədir?

Gununsesi.info-ya danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev mövzunu belə şərh edib:

“Əgər ayrılmış avtobus və mikromobilik zolaqları varsa, bu zolaqlardan daha çox istifadə etmək və onları qorumaq lazımdır. Bu, şəhərin daxilinə aiddir. Xüsusən də müəyyən yerə qədər avtomobillə gəlib, daha sonra park edərək şəhərin mərkəzinə doğru alternativ nəqliyyat növlərindən istifadə etmək vacibdir.

Yəni avtobus, mikromobil, metro və müəyyən hissələrdə dəmir yolu mövcuddur. Bunlardan istifadə etməklə şəhərə mümkün qədər avtomobillə daxil olmamağa çalışmaq lazımdır. Növbəti illərdə yeni infrastrukturlar qurulduqca, daha çox insanın ictimai nəqliyyatdan istifadəsi üçün imkan yaranacaq. Hazırkı mərhələdə isə, müəyyən yerə qədər avtomobillə gələn şəxs daha sonra ictimai nəqliyyata keçməlidir.

Bütün dünya bu məsələni belə həll edir: fərdi nəqliyyat vasitələrinin şəhər mərkəzinə girişini minimuma endirməklə, mərkəzi pullu etmək, parkinqin qiymətlərini artırmaq və çəkindirici alətləri gücləndirməklə yanaşı, ictimai nəqliyyatı inkişaf etdirir, əlçatan edir və naviqasiyanı rahatlaşdırır. Bu halda insanlar fərdi nəqliyyatdan çox ictimai nəqliyyata keçidi asanlıqla həyata keçirirlər”.

Ekspert qeyd edib ki, bizim ictimai nəqliyyat hələ də istənilən səviyyədə deyil:

“Mövcud vəziyyətdə sadəcə olaraq müəyyən yerə qədər fərdi nəqliyyatla gəlib, daha sonra ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur.

Buna uyğun olaraq “park and ride” sistemi, yəni müəyyən yerə qədər gəlib park edib sonra ictimai nəqliyyatla davam etmək üçün yerlər yaradılmalıdır. Bunlardan biri artıq Koroğlu metro stansiyasının piramidalı çıxışının yanında fəaliyyət göstərir. Burada nəqliyyat mübadilə mərkəzi mövcuddur. Yəni fərqli nəqliyyat vasitələri ilə mübadilə mümkündür: bir tərəfdən dəmir yolu, digər tərəfdən metro və avtobus xətləri fəaliyyət göstərir. Beləliklə, avtomobili park etdikdən sonra bu nəqliyyat vasitələri ilə şəhərdə hərəkəti davam etdirmək mümkündür.

Bu kimi həllərin tətbiqi ilin sonuna qədər Dərnəgül dayanacağı istifadəyə verildikdən sonra burada da həyata keçirilməlidir. Eyni zamanda, Aftovağzalda da bu imkanların yaradılması vacibdir.

Lökbatan nəqliyyat mübadilə mərkəzi bir qədər kənarda yerləşdiyindən, düşünürəm ki, onu irəli çəkərək Bayıl və ya Su İdman Sarayının yaxınlığında təşkil etmək daha məqsədəuyğun olar. Orada kifayət qədər sahə mövcuddur. Ora qədər avtomobillə gəlib, daha sonra ictimai nəqliyyatla davam etmək daha doğru olar.

Bununla yanaşı, şəhərə Zığ tərəfdən girişdə də həllərin tətbiqinə ehtiyac var”.

O yaşıl dalğanın ictimai nəqliyyata tətbiqinin daha effektiv olacağını bildirib:

“Bunu Polşa nümunəsində də görürük ki, tramvaylara yaşıl dalğa effekti verirlər. Bu zaman tramvaylar daha az svetoforda dayanır və daha çox yolu açıq olur. Bu isə birbaşa olaraq tramvayların sürətinə təsir edir.

Eyni qayda ilə bizdə də hələ ki, avtobus seqmenti mövcuddur. Ona görə də bu sistemi avtobuslara tətbiq etmək lazımdır ki, daha çox sərnişin daşıyan nəqliyyat vasitələri daha az svetoforda dayansın və hərəkəti daha sürətli olsun”.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Sentyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see275

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see221

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see200

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see142

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see141

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see137

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri