Icma.az
close
up
RU
Yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas hədəflərdəndir

Yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas hədəflərdəndir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Yeni tədris ilinin başlanması təhsil sistemində görülən işlərin qiymətləndirilməsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və yeni prioritetlərin nəzərdən keçirilməsi baxımından mühüm mərhələdir. Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi, təhsilin əlçatanlığının genişləndirilməsi və müxtəlif təhsil pillələri üzrə islahatların davam etdirilməsi istiqamətində mühüm addımlar atılır. 2026–2027-ci tədris ilində əsas hədəflərdən biri də təhsilin keyfiyyətinin daha da yüksəldilməsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin sədri Murad Ağalarov söyləyib. O qeyd edib ki, müasir dövrdə təhsil sisteminin uğuru yalnız şagirdlərin əldə etdiyi biliklərlə deyil, onların qazandığı bacarıq və kompetensiyalarla ölçülür. Bu baxımdan tam orta təhsildə təmayülləşmənin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. X–XI siniflərdə təmayül tədris modelinin əhatə dairəsinin 14 pilot məktəbdən 90 məktəbə, 13 şəhər və rayondan 46 şəhər və rayona genişləndirilməsi şagirdlərin maraq və qabiliyyətlərinə uyğun təhsil almasına, məktəbdə daha məqsədyönlü hazırlığın təşkilinə imkan verəcək.

Murad Ağalarov Azərbaycan dilinin tədrisi ilə bağlı yeni yanaşmaların da diqqətəlayiq olduğunu vurğulayıb. Qeyd edib ki, tədrisi digər dillərdə aparılan siniflərdə “Azərbaycan dili – dövlət dili kimi” fənninin həftəlik dərs saatlarının artırılması dövlət dilinin daha yüksək səviyyədə mənimsənilməsinə şərait yaradır. Bu siniflərdə təxminən 150 min şagirdin təhsil aldığını nəzərə alsaq, atılan addımın əhəmiyyəti daha aydın görünür.

Yeni tədris ilində müəllimlərin peşəkar inkişafı və sertifikatlaşdırma prosesi də mühüm istiqamətlərdəndir. İndiyədək 104 min təhsilverənin sertifikatlaşdırmaya cəlb olunması və bunun nəticəsində on minlərlə müəllimin əməkhaqqında artımların təmin edilməsi müəllim əməyinin keyfiyyət və nəticə əsasında qiymətləndirilməsi baxımından əhəmiyyətli mexanizm kimi dəyərləndirilə bilər.

Təhsil infrastrukturunun yenilənməsinə də toxunan M.Ağalarov bildirib ki, bu il ölkə üzrə 37 yeni tədris binasının fəaliyyətə başlaması, 600 məktəbdə təmir işlərinin aparılması və azad edilmiş ərazilərdə daha 15 təhsil müəssisəsinin istifadəyə verilməsi görülən işlərin miqyasını göstərir.

Xüsusilə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində yeni məktəb və məktəbəqədər müəssisələrin istifadəyə verilməsi yalnız infrastruktur layihəsi deyil. Bu proses azad edilmiş ərazilərə qayıdan ailələrin sosial həyatının formalaşması və həmin ərazilərdə dayanıqlı yaşayış mühitinin yaradılması baxımından da strateji əhəmiyyət daşıyır.

Ali təhsil sahəsindəki göstəricilərə toxunan M.Ağalarov qeyd edib ki, 2026–2027-ci tədris ilində ali məktəblərə 76 mindən çox abituriyentin qəbul olunması “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan illik 75 min nəfərlik hədəfin vaxtından əvvəl reallaşdırıldığını göstərir. Qarabağ Universitetinə 49 ixtisas üzrə 1235 tələbənin qəbul olunması və yüksək nəticə göstərən abituriyentlərin sayının əhəmiyyətli dərəcədə artması bu ali təhsil müəssisəsinin Azərbaycanın yeni təhsil və inkişaf modelində xüsusi yer tutmağa başladığını göstərir.

M.Ağalarov müasir dövrdə təhsilin qarşısında duran əsas çağırışlardan birinin rəqəmsal transformasiya və süni intellekt olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan təhsilində bu istiqamətdə artıq müəyyən addımlar atılır. Növbəti mərhələdə əsas məsələ texnologiyanın tədris prosesinə sadəcə daxil edilməsi deyil, ondan şagirdlərin düşünmə, yaradıcılıq, problem həlletmə və tənqidi yanaşma bacarıqlarının inkişafına xidmət edən vasitə kimi istifadə olunmasıdır.

Müsahibimiz məktəb, müəllim, valideyn və cəmiyyət arasında əməkdaşlığın gücləndirilməsini də vacib istiqamət kimi qeyd edib. Onun sözlərinə görə, təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız dövlət qurumlarının və məktəbin vəzifəsi deyil. Valideynlərin, ictimai təşkilatların və digər sosial tərəfdaşların prosesə daha fəal cəlb olunması bütövlükdə təhsil ekosisteminin inkişafına mühüm töhfə verə bilər. Dövlət siyasəti, təhsil ictimaiyyəti və cəmiyyətin birgə səyləri nəticəsində yeni tədris ili Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə keçidi baxımından uğurlu nəticələrlə yadda qalacaq.

Müxbir - Xatirə Cəfərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri