Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Çində alimlər əvvəllər yalnız balıq və krevetlərdə rast gəlinən CMNV virusunun artıq insanlarda da aşkarlandığını bildirirlər.
Bizim.Media xəbər verir ki, virus gözlərdə iltihab yaradır və göz daxili təzyiqi artırır. Bu isə ağır hallarda görmə qabiliyyətinin itirilməsinə – korluğa qədər gətirib çıxara bilər.
Mütəxəssislər qeyd edir ki, yoluxma halları əsasən çiy balıq istehlakı və ya dəniz məhsulları ilə qoruyucu vasitələr olmadan təmas zamanı baş verir.
Hazırda virusun spesifik müalicəsi yoxdur. Həkimlər yalnız iltihabı azaltmaq və göz daxili təzyiqi nəzarətdə saxlamaq üçün simptomatik preparatlardan istifadə edirlər. Bununla belə, virusun istiliklə məhv olduğu vurğulanır.
Qeyd olunur ki, indiyə qədər yoluxma halları məhdud saydadır. Lakin COVID-19 pandemiyasından sonra Çində ortaya çıxan yeni viruslarla bağlı xəbərlər dünya ictimaiyyətində ciddi narahatlıq doğurur. (Musavat.com)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 15 Aprel 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















