Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Yeni təkliflər və əlavə imkanlar ŞƏRH

Yeni təkliflər və əlavə imkanlar ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) iqlim dəyişmələrinə həsr olunmuş 17-ci Zirvə görüşünə evsahibliyi etdi. Təşkilata üzv ölkələrin liderlərini və yüksəksəviyyəli nümayəndə heyətlərini bir araya gətirən tədbir təkcə siyasi yöndən deyil, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın təşviqi kimi mövzuların müzakirə edildiyi Zirvə görüşü Xankəndinin regional inteqrasiyada yeni rolunun formalaşmasında da mühüm addım oldu.

Yeri gəlmişkən, qeyd edək ki, Zirvə görüşündən əvvəl Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ECO Həftəsi keçirildi. Bu mühüm hadisə təkcə diplomatik və iqtisadi dairələrdə deyil, həm də ictimaiyyət arasında böyük maraqla qarşılandı. ECO Həftəsində işğaldan azad edilmiş Şuşa, Ağdam və Laçın yenidən diqqət mərkəzinə gəldi. Şuşada təşkil olunmuş ECO Biznes-Forumu regional iqtisadi əməkdaşlığın yeni üfüqlərini müəyyən edərkən Ağdamda keçirilən Gənclər Forumu gələcəyin liderlərini bir araya gətirdi. Laçında baş tutan Qadınlar Forumu isə xanımların iqtisadi və ictimai həyatda artan rolunu vurğulayan mühüm bir platforma oldu. Zirvə çərçivəsində baş tutan bu forumlar təbii ki, təkcə yerli səviyyədə deyil, həm də beynəlxalq miqyasda iqtisadi canlanmanın göstəricisidir. Burada təqdim olunan layihələr xarici investorların marağını cəlb etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərin iqtisadi reabilitasiyası üçün model rolunu oynayır. Forumlarda iştirak edən nümayəndələr Xankəndidə keçirilən Zirvə görüşündə öz təəssüratlarını bölüşdülər, gördükləri işlər və əldə olunan nəticələrlə bağlı tədbir iştirakçılarına bilgi verdilər.

Azərbaycanda üçüncü dəfədir keçirilən ECO Zirvəsi təbii ki, bu dəfə də sıradan bir görüş olmadı. Tədbir ECO məkanında iqtisadi transformasiyanın, inteqrasiya və inkişafın yol xəritəsini müəyyən edən tarixi hadisə kimi diqqət çəkdi. Yeri gəlmişkən, Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən ECO çərçivəsində "Təmiz enerji və tədqiqat mərkəzi"nin qurulması istiqamətində görülən işlər ona dəlalət edir ki, yaxın gələcəkdə təşkilat çərçivəsində innovasiya və davamlı inkişafın əsas dayaqları formalaşacaq. Həm regional, həm də qlobal çağırışlara cavab vermək üçün strateji bilik və texnoloji həllərin ünvanı olacaq mərkəz xüsusilə təmiz enerji sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi və "yaşıl iqtisadiyyat" istiqamətində bölgənin rəqabət qabiliyyətini artıracaq. 17-ci ECO Zirvəsi regionun iqtisadi xəritəsində yeni imkanların açılması baxımından mühüm mərhələ idi. Tədbir iştirakçı ölkələr arasında ticarət, investisiya, nəqliyyat-logistika və enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində real addımların müzakirə edildiyi və konkret təşəbbüslərin ortaya qoyulduğu strateji platformaya çevrildi. ECO-ya üzv ölkələrin ortaq maraqlarını əks etdirən təşəbbüslər regionda dayanıqlı inkişaf, iqtisadi sabitlik və qarşılıqlı asılılığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu mənada İlham Əliyevin çıxışında söylədiyi fikirlər mühüm əhəmiyyət kəsb edir: "Bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir".

Zirvə çərçivəsində qəbul olunan sənədlər və liderlərin verdiyi mesajlar regionun iqtisadi gələcəyi ilə bağlı ümumi baxışın formalaşdığını göstərir və sübut edir ki, ECO-nun gələcək fəaliyyətində praktiki nəticələrə yönəlmiş əməkdaşlıq, iqtisadi inteqrasiya və ortaq maraqlar əsasında tərəfdaşlıq prioritetlərdən biri olacaq. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qeyd olunan məsələ ətrafında, daha doğrusu, təşkilatın gələcək planları haqqında fikirlərini belə ifadə etdi: "Əvvəlcə biz təşkilatımızın orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyən etməliyik. Bunun üçün "İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035" adlı konsepsiyanı qəbul etmək zəruridir. Ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, biz həmçinin innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirməliyik". Özbəkistanın dövlət başçısı diqqəti əmtəə və xidmətlərdə ticarətin asanlaşdırılması, texniki və qeyri-tarif maneələrin tədricən aradan qaldırılması, eləcə də diqqəti elektron ticarətin inkişafına cəlb edərək bu il Daşkənddə ECO-ya üzv dövlətlərin ticarət nazirlərinin toplantısını keçirməyi və Ticarətin Asanlaşdırılması Sazişinin imzalanmasını təklif etdi, "yaşıl dəhliz"lər sistemini yaratmağın vacibliyini vurğuladı. Ticarətdən nəqliyyata, ətraf mühitdən enerjiyə qədər müxtəlif sahələrdə geniş potensiala malik ECO-nun bu Zirvə görüşü iqlim dəyişmələrinə həsr olunduğu üçün səsləndirilən bütün fikirlərin mərkəzində dayanıqlı inkişaf, ekoloji balansın qorunması və "yaşıl iqtisadiyyat"ın təşviqi dayanırdı. İqlim dəyişmələrinin yaratdığı qlobal təhlükələr fonunda ECO-ya üzv ölkələrin məsələyə vahid mövqedən yanaşması onun ekoloji təhlükəsizlik baxımından nə qədər vacib olduğunu nümayiş etdirdi. Zirvə çərçivəsində təqdim olunan təşəbbüslər - təmiz enerji texnologiyalarının tətbiqi, "yaşıl nəqliyyat" şəbəkələrinin yaradılması, tullantıların idarə olunması və su ehtiyatlarının səmərəli istifadəsi kimi məsələlər gələcəkdə bölgənin iqtisadi inkişaf modelinin formalaşmasına zəmin yaradır.

Ən əsası, Xankəndi Zirvə görüşü həm iqlim çağırışlarına cavab vermək, həm də onları yeni iqtisadi fürsətə çevirmək yolunda strateji dönüş nöqtəsi kimi tarixə düşdü.

Asif Hacıyev,

YAP Göygöl rayon təşkilatı üzrə Göyçəkənd kənd ərazi partiya təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 İyul 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri