Icma.az
close
up
RU
Yeni tələbələrə tövsiyə: nələrə diqqət etməlidirlər?

Yeni tələbələrə tövsiyə: nələrə diqqət etməlidirlər?

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ali təhsil müəssisələrində yeni dərs ilinin başlanmasına az qalıb. Bu il minlərlə abituriyent arzusuna çataraq tələbə adını qazanmağı həvəslə gözləyir. Onların bir qismi paytaxtda, xüsusilə də regionlardan Bakıya üz tutaraq yeni həyata qədəm qoyacaq.

Təhsil mühiti, sosial aktivlik, yaşayış məsələləri və şəxsi inkişaf baxımından tələbələri məsuliyyətli bir dövr gözləyir. Gənclərin bu mərhələdə hansı məqamlara diqqət yetirməli olduqları isə hər kəsi maraqlandıran əsas suallardandır.

Modern.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova bildirib ki, bu çox məqamında aktual olanan mövzudur:

“Artıq yeni tədris ilinin astanasındayıq. Bugündən etibarən artıq ixtisas seçimi yekunlaşır. Bir neçə gündən sonra abituriyent gənclər tələbə adını qazanacaq. Yeni tədris ilinə qədəm qoyacaq gənclər üçün bu mərhələ həm həyəcanlı, həm də məsuliyyətli bir başlanğıcdır. Xüsusən də regionlardan Bakıya üz tutan tələbələr üçün həm təhsil, həm də yeni mühitə uyğunlaşma baxımından bir sıra problemlər, çağırışlar ortaya çıxır”.

Millət vəkili yeni tələbə adını qazanacaqlara bəzi istiqamətdə tövsiyələrini bölüşüb:

“İlk növbədə, dərslərə məsuliyyətlə yanaşınlar. Məsuliyyətli və iradəli olsunlar. Meqapolis mənzərələri, qlamur görünüş onları təhsildən ayırmasın. Daha çox dərslərə köklənsinlər, mütaliəyə zaman ayırsınlar. Hər yerdə oxusunlar. Dərsdə, metroda, avtobusda və s. Universitet həyatının yaratdığı imkandan yararlansınlar. O cümlədən, internet resurslarının imkanlarından da faydalansınlar. İngilis dili və kompüter bacarıqlarına üstünlük versinlər. Bu iki amil gələcək karyeralarında onlara gərəkli olacaq”.

Deputat həmçinin tələbələrin sosial aktivliyi unutmamalı olduqlarını da diqqətə çatdırıb:

“Tövsiyəm ondan ibarətdir ki, gənclərimiz universitet klublarına qoşulsunlar. Bu onlara həm dost çevrəsi qazandırar, həm də gələcəkdə iş həyatı üçün faydalı şəbəkə qazanmış olarlar. Amma təhsili ikinci plana keçirməmək şərtilə!”.

E.Akimova onu da əlavə edib ki, kirayə məsələlərində də diqqətli olmaq lazımdır:

“Ya universitet yataqxanalarına üstünlük versinlər, ya da müəyyən dost-tanışların tövsiyəsi ilə daha təhlükəsiz və sərfəli olan ünvanlar seçsinlər.

Əsas odur ki, tələbələr hədəf qoyub ona doğru irəliləsinlər. Diplom əldə etmək üçün deyil, öz sahələrinin mütəxəssisi olmaq üçün daim axtarışda, inkişafda, yüksəlişdə olsunlar”,- deyə deputat bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Avqust 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri