Icma.az
close
up
RU
Yeni təyinatlar xalqa daha yaxın, daha şəffaf və nəticəyönümlü modelə keçididir

Yeni təyinatlar xalqa daha yaxın, daha şəffaf və nəticəyönümlü modelə keçididir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bölgələr üzrə yeni icra başçılarını qəbul etməsi və onlara verdiyi tapşırıqlar, təkcə kadr dəyişikliyi hadisəsi deyil. Bu, müasir Azərbaycan idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcı, dövlət siyasətinin xalqa daha yaxın, daha şəffaf və nəticəyönümlü modelə keçididir. Bu təyinatlar, əslində, cnab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müasir idarəçilik məktəbinin davamı və təkamülüdür. Dövlət başçısı bir daha göstərdi ki, məmur olmaq xalqdan uzaq dayanmaq deyil, əksinə, xalqın içində olmaq, onun dərdini dinləmək, həll yolları tapmaqdır. “Hər bir icra başçısı xalqın xidmətçisidir. İnsanların rifahı, bölgələrin inkişafı, sosial ədalətin qorunması – bunlar hər bir məmurun əsas vəzifəsidir,” – deyə cənab Prezident İlham Əliyev qeyd edib. Bu cümlə, sadə görünsə də, dövlət idarəçiliyinin mahiyyətini, fəlsəfəsini və istiqamətini tam şəkildə ifadə edir. Yeni dövrün çağırışı  həm də  idarəçiliyin insan yönümlü mərhələsidir. Azərbaycan dövlətinin son illərdə əldə etdiyi siyasi və iqtisadi uğurlar təkcə mərkəzdə qəbul edilən qərarlarla deyil, bölgələrdəki icra strukturlarının səmərəli fəaliyyəti ilə də birbaşa bağlıdır. Cənab Prezidentin yeni təyinatlara yanaşması bu həqiqəti daha da aydın göstərdi. Yeni icra başçıları artıq tabelik strukturunun funksionerləri deyil, regional siyasətin daşıyıcıları, dövlətin ideya və məsuliyyət missiyasının nümayəndələri olmalıdırlar. Dövlət başçısının mesajı aydındır – idarəçilik artıq forma deyil, məzmun məsələsidir. Əgər bir məmur insanla təmasdan qaçırsa, xalqın səsini eşitmirsə, onun vəzifə kreslosunda oturması mənasızdır.

Bu gün Prezident İlham Əliyev dövlət idarəçiliyində yeni düşüncə – xidmət ideologiyası formalaşdırır. Bu ideologiyada əsas dəyərlər şəffaflıq, hesabatlılıq, ədalət və məsuliyyətdir. “Məmurlar xalqa arxadan baxmamalıdır, onlar xalqla bərabər dayanmalıdırlar,” – deyən cənab Prezidentin bu fikri sadəcə xəbərdarlıq deyil, həm də idarəçiliyin mənəvi kodeksi kimi səslənir. Bu yanaşma idarəçilikdə insan faktorunu prioritetə çevirir, vətəndaşın dövlətə olan inamını gücləndirir. Məhz bu səbəbdən cənab Prezidentin yeni təyinatlara verdiyi tapşırıqların mərkəzində xalqla ünsiyyət, problemlərin operativ həlli və sosial məsuliyyət dayanır. Yeni təyinatlar həm də ölkənin regional inkişaf konsepsiyasına yeni dinamika gətirəcək. Son illərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri, kənd təsərrüfatı və sənaye zonalarının yaradılması, sosial proqramlar, Böyük Qayıdışa hazırlıq kimi istiqamətlər icra orqanlarından daha çevik, koordinasiyalı və səmərəli fəaliyyət tələb edir. Yeni icra başçılarının qarşısında duran əsas vəzifə – bölgənin potensialını ölkə siyasətinin bir hissəsinə çevirmək, hər rayonu dövlətin inkişaf xəritəsində fəal mərkəzə transformasiya etməkdir. Bu baxımdan, yeni təyinatlar həm də modern idarəçilik texnologiyalarının, rəqəmsal yanaşmanın və gənc kadr enerjisinin dövlət sisteminə daxil edilməsi deməkdir.

İcra başçısı təkcə yerli hakimiyyətin rəhbəri deyil, həm də dövlətlə vətəndaş arasında etimad körpüsüdür. Cənab Prezidentin “xalqla ünsiyyətdə olmaq, onların problemlərinə biganə qalmamaq” barədə tapşırıqları, bu körpünün möhkəmləndirilməsi üçün konkret istiqamətlər müəyyənləşdirir. Hər bir icra başçısı üçün bundan sonra əsas göstərici – vətəndaş məmnunluğu, real nəticə, görülən işin keyfiyyəti olacaq. Dövlət başçısının dediyi kimi, “sözlə deyil, əməllə xidmət” dövrü başlayıb. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu kadr islahatları ölkənin idarəçilik sistemində daxili intizamı və mənəvi məsuliyyəti gücləndirir. Yeni təyinatlar həm siyasi, həm iqtisadi, həm də sosial baxımdan yenilənmə mərhələsinin başlanğıcıdır.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Noyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri