Yeni tikilən binalarda bünövrədən mənzil almaq düzgündür? AÇIQLAMA
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Son vaxtlar yeni tikililərlə bağlı şikayətlərin sayında artım müşahidə olunur.
Milli.Az xəbər verir ki, bir çox vətəndaş uzun illərdir tikintisi davam edən binalardan böyük məbləğlər ödəyərək mənzil alsa da, nəticədə həmin evlərə köçmək mümkün olmur.
Şikayət edən sakinlərin sözlərinə görə, bəzi tikinti şirkətləri mənzilləri satmalarına baxmayaraq, nə tikinti işlərini vaxtında tamamlayır, nə də alıcıların hüquqlarını təmin edirlər:
"Ümumi 45 min manat ödəmişəm. Altı ildir kirayədə yaşayıram, hələ də binadan xəbər yoxdur".
Sakinlər isə qeyd edib ki, bankdan böyük məbləğdə kredit götürərək ödəniş ediblər, lakin sonradan mənzilin bir neçə nəfərə satıldığını öyrəniblər.
Məsələ ilə bağlı tikinti üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikilməkdə olan mənzillərlə tam hazır vəziyyətdə olan mənzillərin qiyməti arasında təxminən 30-40 faiz fərq olur. Onun sözlərinə görə, çoxmənzilli yaşayış binalarının tikintisi adətən 2-3 il çəkir və bu müddətdə daşınmaz əmlak bazarındakı bahalaşma satış qiymətlərinə də təsir edir.
Ekspert həmçinin vurğulayıb ki, müqavilələrdə tikintinin başa çatdırılma tarixi göstərilsə də, şirkətlər öhdəliklərini yerinə yetirmədikdə vətəndaşlar illərlə gözləmək məcburiyyətində qalırlar.
Elnur Fərzəliyev alıcılara ciddi xəbərdarlıq edərək tövsiyə edib ki, mənzil almazdan əvvəl şirkət haqqında ətraflı araşdırma aparmaq, tikintinin sənədlərini yoxlamaq və alqı-satqını yalnız notarial qaydada rəsmiləşdirmək lazımdır.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 08 Dekabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















