Icma.az
close
up
RU
Yeni tikilən tuneldə maaşa görə işlər dayandırılıb? RƏSMİ CAVAB

Yeni tikilən tuneldə maaşa görə işlər dayandırılıb? RƏSMİ CAVAB

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, paytaxtda yol-nəqliyyat şəbəkəsinin yenilənməsi məqsədilə ümumilikdə 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Həmin layihələrdən biri də Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirən yeni yolun tikintisidir. Layihənin icrası “Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən həyata keçirilir. Artıq bir neçə aydır tikinti işlərinə start verilib və bir sıra ərazilərdə aktiv fəaliyyət müşahidə olunub. Lakin iddialara əsasən, layihənin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindən keçən hissəsində bir neçə gündür ki, işlər dayanıb. İddia olunur ki, fasilənin əsas səbəbi tikintidə çalışan işçilərin əməkhaqqısının ödənilməməsidir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Demokrat.az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin video həqiqəti əks etdirmir:
“Layihə təkcə “Şəki dairəsi”ndən ibarət deyil, ümumi uzunluğu təxminən 4 km-dir. Zəfər Nərimanov küçəsindən başlayır, Həsən Əliyev küçəsində yekunlaşır. İşin müəyyən nöqtədə dayanması layihənin yekunlaşması demək deyil. Bu layihələr dövlət proqramına uyğun olaraq icra olunur və ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Müəyyən yerlərdə işin müvəqqəti dayanmasının səbəbləri müxtəlif ola bilər. Buna hava şəraiti, işçilərin istirahəti, texniki işlər və s. aiddir. Bu, layihənin dayandığı anlamına gəlmir. Maaşların verilməməsi ilə bağlı iddialar isə absurddur”.
Qeyd edək ki, bu yolun istifadəyə verilməsi Bakının ən sıx nöqtələrindən olan Nərimanov və Xətai rayonları arasındakı məsafəni xeyli qısaldacaq. Gündəlik işə və ya evə gedən sürücülər artıq mərkəzi yollardakı uzun tıxaclarda vaxt itirməyəcək, həmçinin yanacaq sərfinə qənaət edəcəklər. Bir sözlə, bu layihə paytaxt sakinlərinin hərəkət rahatlığını birbaşa təmin edəcək infrastruktur həlqəsidir.
Leyla Turan
Demokrat.az

 
@patrul.az.official

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, paytaxtda yol-nəqliyyat şəbəkəsinin yenilənməsi məqsədilə ümumilikdə 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub. Həmin layihələrdən biri də Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirən yeni yolun tikintisidir. Layihənin icrası “Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən həyata keçirilir. Patrul.az xəbər verir ki, artıq bir neçə aydır tikinti işlərinə start verilib və bir sıra ərazilərdə aktiv fəaliyyət müşahidə olunub. Lakin iddialara əsasən, layihənin Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindən keçən hissəsində bir neçə gündür ki, işlər dayanıb. İddia olunur ki, fasilənin əsas səbəbi tikintidə çalışan işçilərin əməkhaqqısının ödənilməməsidir. Tikinti sahəsində müşahidə olunan durğunluq isə həm ərazidə yaşayan sakinlərin, həm də yoldan istifadə edən sürücülərin diqqətini çəkir. Sakinlər işlərin dayanmasının layihənin ümumi icra qrafikinə təsir göstərə biləcəyindən narahat olduqlarını bildirirlər. Qeyd edək ki, sözügedən yol layihəsi tamamlandıqdan sonra ərazidə nəqliyyat axınının rahatlaşacağı, alternativ marşrutların yaranacağı və sıxlığın azalacağı gözlənilir. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Məsələ ilə bağlı rəsmi qurumların və məsul şəxslərin açıqlamasını təqdim edəcəyik.

♬ original sound - Patrul.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Yanvar 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri