Yeni transfer: “Kəpəz”ə kömək etməyə gəlmişəm”
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Kəpəz”in yeni transferi Paçu Lira açıqlama verib.
Futbolpress.az xəbər verir ki, klubun saytına danışan braziliyalı hücumçu Gəncədə onu yaxşı qarşıladıqlarını bildirib:
“Azərbaycanda qaldığım, Gəncəyə gəldiyim üçün xoşbəxtəm. “Kəpəz” ölkənizdə ənənəvi, köklü klubdur. Mənə qarşı münasibət xoşdur. Digər futbolçulara da qarşı klubda səmimi ab-havanı hiss edirəm. Bir neçə gündür ki, komanda ilə birlikdə məşqlərə çıxıram. Öz üzərimdə işləyirəm, nəyə qadir olduğumu göstərməyə çalışıram”.
Braziliyalı forvard əsas heyətə düşmək üçün əlindən gələni edəcəyini vurğulayıb:
“Hücum xəttində məşqçilərin seçim etmək imkanı var. Mən də özümü ən yaxşı tərəfdən göstərməklə heyətdə yer almaq istəyirəm. Mümkün qədər tez optimal formama qayıtmaq istəyirəm. Bura “Kəpəz”ə kömək etməyə gəlmişəm”.
Paçu komandanın düşdüyü vəziyyətdən çıxartmaq üçün hamının səfərbər olduğunu da əlavə edib:
“Hamımız bir olmalıyıq ki, bu durumdan çıxa bilək. Komandada birlik var. Bir uğurlu nəticə hər şeyi dəyişəcək”.
Baxış sayı:147
Bu xəbər 08 May 2026 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















