Yeni transfer: “Qəbələ”dən təklif alanda…
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qəbələ”nin yeni transferi Eduardo Kunde klubun mətbuat xidmətinə açıqlama verib.
Futbolpress.az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Sumqayıt”la yoxlama oyunundan (2:2) sonra fikirlərini bölüşüb:
“İlkin təssüratım çox yaxşıdır. Həm komanda yoldaşlarım, həm məşqçilər heyəti, həm də klubun işçiləri məni isti qarşıladılar. Dünən yoxlama oyununda az da olsa, şans qazandım. Komandaya adaptasiya olmağa çalışıram. Hələ təlim-məşq toplanışı başa çatmadığı üçün uyğunlaşmaq baxımından vaxtımın olduğunu düşünürəm. Ümid edirəm ki, tezliklə çempionatda oynamağa hazır olacam”.
Monteneqrolu futbolçu “Qəbələ”nin təklifini qəbul etməsi barədə bunları deyib:
“Qəbələ”dən təklif alanda klub və ölkənizlə bağlı araşdırma apardım, məlumatlar topladım. Hər kəs həm komanda, həm də Azərbaycan barədə yaxşı sözlər dedi. Qəbələ şəhərinin gözəl təbiətə malik olduğunu, klubun isə Azərbaycan futbolunda tarix yazdığını öyrəndim. Bu səbəblər təklifi qəbul etməyimdə vacib rol oynadı. Burada olduğum üçün çox şadam”
Baxış sayı:111
Bu xəbər 27 Avqust 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















