“Yeni trend” Qeyri rəsmi nikahdan hamilə qalırlar və...
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İndi də “yeni trend” formalaşır. Nikahdan kənar sevgilisinin razılığı olmadan dünyaya uşaq gətirirlər, sonra yaxasından tuturlar ki, atalığı qəbul elə və aliment ödə.
Bakupost.az xəbər verir ki. bu barədə vəkil, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib.
“Təcrübəmdə getdikçə artan templə belə bir hadisə ilə qarşılaşıram: ailə qurmayan, qura bilməyən, başqa səbəblərlə subay qalan və uşağı olmayan bəzi xanımlar yaşları 35-i keçdikdən sonra ana olmağa qərar verir; potensial ata namzədini seçir, münasibət qurur, əvvəldən razılıq olmadan, ya da razılaşmanın əksinə olaraq hamilə qalır, sonra dünyaya uşaq gətirir. Adətən bu hal münasibətin bitməsinə səbəb olur, çünki hamiləlik faktı ortaya çıxan kimi kişi-partnyor buna etirazını bildirir, israr edir, qarşı tərəf də qəbul etmir; hamiləliyi də başa vurmaq üçün kişini çox vaxt bloka atır. Hamiləlik sırasında “uşağa özüm baxacam, sənin heç xəbərin də olmayacaq” desələr də, müəyyən bir müddət sonra atalığın müəyyən edilməsi və alimentlə bağlı hüquqi yollara müraciət edirlər.
Mövcud qanunvericilik kişilərə bu cür hamiləliyə - ailədaxili olsa belə - hər hansı etiraz etmə imkanını tanımır. Əslində ailə daxilində belə hal olanda, onun o qədər də ciddi fəsadı yoxdur, uşaq analı və atalı bir ailədə dünyaya gəlir. Lakin nikahdan kənar uşağın dünyaya gəlməsinin yaratdığı ciddi problemlər var və bu problem əslində həm anaya, həm ataya, həm də uşağa aid olur.
Bu sahədə qanunvericilik dəyişilməlidir. Valideyin olma könüllü bir seçimdir; heç kəsi zorla valideyn olmağa məcbur etmək olmaz. Qadına bu məsələdə könüllü seçim imkanı tanınır, kişilərə isə tanınmır, amma valideyn olmağın hüquqi vəzifələrə kişilərə yüklənir. Bu da şəxsi həyata müdaxilə təşkil edir.
Hələ ki bu qəbildən mübahisələri Konstitusiya Məhkəməsinə, ya da Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmağa maraqlı olan vətəndaşlar olmayıb. Ümid edirəm ki, kimsə bu məsələdə ərinməz, beləliklə, hüququn inkişafına da təkan vermiş olar”, - o qeyd edib.
Asena,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 01 Fevral 2026 23:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















