Yeni vaksinin sınağına başladılar
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uqandada "Ebola” virusunun "Bundibugyo” variantına qarşı yeni peyvəndin klinik sınaqlarının birinci mərhələsinə başlanılıb.
Bu barədə "Africanews” məlumat yayıb.
Oksford Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan "ChAdOx1 BDBV” peyvəndinin sınaqları ölkənin cənubundakı Masaka şəhərində keçirilir. Tədqiqatda 110 könüllünün iştirakı nəzərdə tutulur.
Mütəxəssislərin sözlərinə görə, birinci mərhələdə peyvəndin təhlükəsizliyi və immun reaksiyası yaratmaq qabiliyyəti qiymətləndiriləcək. Könüllülərin sağlamlıq vəziyyəti 12 ay ərzində izləniləcək.
Hindistanın Serum İnstitutu gələcək istifadə üçün eksperimental peyvəndin təxminən 620 min dozasını istehsal edib. Klinik sınaqlar üçün isə Uqandaya təxminən 3 min doza göndərilib.
"Bundibugyo Ebola” virusunun peyvəndi hələ qeydiyyatdan keçməyib. Hazırkı sınaqların məqsədi peyvəndin effektivliyini deyil, ilk növbədə təhlükəsizliyini və immun reaksiyasını qiymətləndirməkdir.
///sfera.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 17 Oktyabr 2026 00:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















