Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Yeni vergilər biznesə və qiymətlərə təhlükə

Yeni vergilər biznesə və qiymətlərə təhlükə

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəsmilər fərqli rəydədir, ekspertlər isə bu addımı özəl sektor, xüsusilə də kiçik və orta sahibkarlar üçün mənfi hal kimi qiymətləndirirlər

Azərbaycanda növbəti ilin büdcə layihəsi ilə birlikdə vergi qanunvericiliyinə dəyişiklik olunması ənənəsi bu il də davam edir. Artıq Vergi Məcəlləsinə 2026-cı ildən ediləcək dəyişiklikləri nəzərdə tutan layihə Milli Məclisin müzakirəsindədir. 

Layihədən aydın olur ki, gələn ildən əməkhaqqı gəlirləri üzrə yeni vergi mexanizminin tətbiqi, elektro və hibrid avtomobillərinin ƏDV-yə cəlb olunması, neft və qaz hasilatına sabit mədən vergisinin müəyyən olunması, eləcə də benzin, dizel və maye qaz üzrə yol vergisinin, həmçinin bir sıra sənət sahibləri üçün sabit vergi məbləğinin artırılması nəzərdə tutulur.

Belə ki, gələn ildən Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manatdan 0,07 manata kimi artırılır. Eyni zamanda idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manatdan 0,07 manata çatdırılır.

Hazırda yol vergisi icbari tibbi sığorta haqqı formasında İcbari Tibbi Sığorta Fonduna ödənilir. Qanunvericiliyə təklif edilən dəyişikliyə əsasən bu məbləğ 2026-cı ildən icbari tibbi sığorta haqqı deyil, vergi hesab olunacaq və dövlət büdcəsinə ödəniləcək. 

Yanacağa görə yol vergisinin artırılması fonunda gələn ilin büdcəsində bu mənbədən daxilolmaların 3,2 dəfə artması əks olunub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda yol vergisi üzrə daxilolmalar 127,4 milyon manat proqnoza qarşı icra 135,9 milyon manat (8,5 milyon manat və yaxud 6,7  faiz çox) icra olunub. “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə əsasən ölkə daxilində tətbiq edilən yol vergisi üzrə 90,4 milyon manat proqnoza qarşı icra 91,5 milyon manat və ya 1,1 milyon manat (1,2  faiz) çox olub. 2023-cü illə müqayisədə isə 3 milyon manat və ya 3,2 faiz azalma olub ki, bu da ölkə daxilində istehsal olunan neft məhsullarının həcminin azalması ilə əlaqədardır.

Azərbaycanın ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi üzrə 44,4 milyon manat daxilolma qeydə alınıb ki, bu da proqnozdan 7,4 milyon manat və ya 20 faiz, 2023-cü illə müqayisədə isə 1,6 milyon manat 3,7 faiz çoxdur.

Büdcə zərfindəki sənədlərdən aydın olur ki, yanacağa görə ödənilən yol vergisinin bir hissəsi “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin Fərmanına əsasən, dövlət büdcəsinin tərkibində yaradılacaq “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduna köçürüləcək. Bu fond ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan subyektlərin dəstəklənməsi ilə məşğul olacaq.

Məlumdur ki, Azərbaycanda yanacaq istehsalçısı SOCAR-dır. Yol vergisinin artması şirkətin xərclərinin artmasına gətirib çıxaracaq. Bu artım şirkətin neft-qaz hasilatına görə ödədiyi mədən vergisinin kəskin azaldılması ilə kompensasiya ediləcək. Belə ki, Vergi Məcəlləsinə nəzərdə tutan dəyişikliyə əsasən növbəti ildən yerin təkindən çıxarılan xam neftə görə mədən vergisinin dərəcəsi xam neftin hər tonuna görə 12 manat, təbii qaz və kondensatlara görə isə təbii qazın və kondensatların hər min kubmetrinə görə 15 manat məbləğində müəyyən edilir. Hazırda qüvvədə olan Vergi Məcəlləsinə görə, yerin təkindən çıxarılan xam neftə görə mədən vergisinin dərəcəsi topdansatış qiymətinin 26 faizini, qazın topdansatış qiymətinin 20 faizini təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov deyib  ki, bu dəyişikliklər heç vaxt “dəyişiklik xatirinə” edilmir, onların hər biri iqtisadiyyatın ehtiyaclarından, vergi inzibatçılığının təkmilləşdirilməsi zərurətindən və sahibkarlıq mühitinin yaxşılaşdırılması məqsədindən qaynaqlanır.

Bundan başqa, dəyişikliklərin əhəmiyyətli hissəsi bir qayda olaraq biznes subyektlərinin vergi yükünün optimallaşdırılmasına, yəni əlverişli vergi mühitinin formalaşmasına xidmət edən istiqamətdə çıxış edir. Bu dəyişikliklər ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq formalaşdırılır.

 Builki dəyişikliklərdə Naxçıvan Muxtar Respublikasının əldə edəcəyi güzəştlər sistemi geniş bir paketi əhatə edir. Bu dəyişiklik ölkə başçısının təsdiq etdiyi dövlət proqramının icrasından irəli gələrək həyata keçiriləcək. Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiqlənmiş təfsilatlı Tədbirlər Planına əsasən verilmiş tapşırığın icrası çərçivəsində işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş vergitutma rejiminin eynilə Naxçıvan MR-ə də şamil edilməsi nəzərdə tutulur.

Bu dəyişiklik Naxçıvan MR-in iqtisadiyyatında öz müsbət nəticələrini daha tez verəcək. Bildiyiniz kimi, Naxçıvanda hazır infrastruktur var, təsərrüfat obyektləri, müəssisələr, əmlak kompleksləri mövcuddur və aktiv biznes subyekti dərhal bu güzəştlərdən faydalanacaqlar.

Biznes üçün önəmli olan hissə bundan ibarətdir ki, onlar birbaşa vergilərdən, yəni mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən tamamilə azad edilir. Təsisçilərin investisiya imkanlarını genişləndirmək üçün divident gəlirləri də vergidən müddətli azad edilir.

Dəyişiklik nəticəsində Naxçıvan MR-də iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq mühitinin canlanması, ölkə iqtisadiyyatına inteqrasiyası, investisiya axınına müsbət təsirləri, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi hədəflənir.

Vergi Məcəlləsinə əmək haqqından tutulan gəlir vergisinin bərpasına dair müddəalar da əlavə olunur. Belə ki, 2018-ci ildə qeyri-neft-qaz özəl sektoru üçün sıfırlanan bu vergi gələn ildən 3 faiz, 2027-ci ildən 5 faiz həcmində bərpa olunur. Hökumət bu addımı əsaslandırarkən bildirir ki, əmək haqqına gəlir vergisinin ləğv edilməsi qeyri-neft və qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayınım 2019-cu ilin əvvəli ilə müqayisədə 481,4 min vahid və ya 89,2 faiz artaraq 2025-ci ilin noyabr ayının 1-nə 1 milyonu keçməsinə və cəmi əmək müqavilələrində payının 38,5 faizdən 54,2 faizə yüksəlməsinə gətirib çıxarıb. Həmçinin 2018-ci illə müqayisədə 2024-cü ildə cəmi əmək haqqı fondu 2,5 dəfə, o cümlədən qeyri-neft özəl sektor üzrə 2,7 dəfə, cəmi məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma 2,5 dəfə, o cümlədən qeyri-büdcə sektoru üzrə 2,6 dəfə artıb. Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondunun ümumi gəlirlərində büdcə öhdəliklərinin (transfert) xüsusi çəkisi 35,6 faizdən 17,5 faizdək azalıb.

Rəsmilərə görə, islahatın nəticəsində əmək müqaviləsi ilə işləyən şəxslərin rəsmiləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib, indi isə bu islahatların nəticələrinin qorunması və əmək gəlirləri üzrə “ağarma” imkanlarının dəstəklənməsinin davam etdirilməsi dayanır. Bu məqsədlə müvafiq sahədə differensial yanaşma əsasında, mərhələli və yumşaq keçidlə vergi və sığorta haqlarının tətbiq mexanizminin formalaşdırılması nəzərdə tutulur.

Ekspertlər bu addımı özəl sektor, xüsusilə də kiçik və orta sahibkarlar üçün mənfi hal kimi qiymətləndirirlər. Hesab olunur ki, gəlir vergisini işçinin maaşından çıxılması onun 3-5 faiz azalması demək olacaq. Buna isə hər sahibkar gedə bilməyəcək, çoxları məcburən gəlir vergisinin həcmi qədər maaşları artırmalı olacaqlar. Bu isə onların xərclərini artıracaq. Bu, xüsusilə istehsal sektorunda məhsulun maya dəyərinə oturmaqla ölkə bazarında qiymətlərin artmasını stimullaşdıracaq. 

Eyni qaydada işsiz şəxslərə icbari tibbi sığorta haqqı olaraq müəyyən olunan aylıq 16 manatın də kənd təsərrüfatında məşğul sayılan 1 milyona yaxın şəxsin xərclərini artırmaqla, istehsal olunan aqrar məhsulların qiymətinə oturacağı gözlənilir. 

Vergi Məcəlləsinə edilən dəyişikliklərdən biri bəzi peşələrlə məşğul olan şəxslər üçün sabit vergi dərəcəsinin artırılmasıdır. Belə ki, layihəyə əsasən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik (klounluq) və digər oxşar fəaliyyətə, həmçinin fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət - minimum aylıq əməkhaqqının 5 faizindən (hazırda 20 manatdır), minimum əməkhaqqının 8 faizinə - 32 manata qaldırılır.

Çəkməçi, pinəçi, bərbər, dərzi fəaliyyəti, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, nəqqaşlıq emalatxanalarının fəaliyyəti, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən (ofisiant), fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün vergi minimum aylıq əməkhaqqının 3 faizindən (hazırda 12 manatdır), minimum əməkhaqqının 5 faizinə - 20 manata qaldırılır.

Bu dəyişiklik də əksəriyyəti fərdi sahibkar kimi qeydiyyatda olan bu şəxslərin xərclərini artırmaqla, onların təqdim etdikləri xidmətlərin bahalaşmasını stimuallaşdıracaq. Son nəticədə isə bütün artımlar inflyasiyaya artırıcı təsir göstərərək vətəndaşların ailə büdcəsinə yansımaqla, xərclərin yüksəlməsini şərtləndirəcək. 

2026-cı ildən etibarən vergi yükünün azaldılması, sahibkarlığın təşviqi və xüsusilə kiçik və orta biznesin (KOB) stimullaşdırılması istiqamətində əsas yenilik Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üçün tətbiq olunan vergi güzəştlərinin eyni qaydada şamil edilməsi, balıq kürüsü istehsalı istisna olmaqla balıqçılıq fəaliyyətinin kənd təsərrüfatı məhsullarının istehsalı kateqoriyasına daxil edilməklə bu sahə üçün nəzərdə tutulan vergi güzəştlərindən istifadəyə şərait yaradılması, ictimai iaşə sektorunda POS-terminal vasitəsilə nağdsız aparılan ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizinin ƏDV tutulan dövriyyədən çıxılması, sadələşdirilmiş vergi ödəyiciləri üçün isə nağdsız dövriyyəyə tətbiq olunan vergi dərəcəsinin 8 faizdən 6 faizə endirilməsi, fiziki şəxslərin xaricdən əldə etdikləri divident gəlirləri üzrə vergi dərəcəsi 14 faizdən 5 faizə endirilməsi, ƏDV qeydiyyat həddinin pərakəndə ticarət və vergi uçotunda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız dövriyyələrə münasibətdə limitin 200 min manatdan 400 min manata qaldırılması var. 

/“Yeni Müsavat”/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:30
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri