Icma.az
close
up
RU
Yeni virusun təsiri koronavirus qədər ciddi ola bilər Həkim xəbərdarlıq etdi

Yeni virusun təsiri koronavirus qədər ciddi ola bilər Həkim xəbərdarlıq etdi

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Mütəxəssislərin fikrincə, son günlər yayılan yeni virusun təsiri koronavirus qədər ciddi ola bilər. Bu vəziyyət cəmiyyətdə narahatlıq doğurub. İnsanların sağlamlıqlarını qorumaq üçün hansı tədbirlər görülməlidir sualı gündəmə gəlib. Virusun yayılmasının qarşısını almaq və özümüzü qorumaq üçün gigiyena qaydalarına riayət etmək, insanlarla təmasda diqqətli olmaq və müvafiq peyvəndlərdən istifadə etmək mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə, erkən tədbirlər və maarifləndirmə bu cür viruslarla mübarizədə ən güclü vasitələrdən biridir.

Mövzu ilə bağlı Sitat.info- ya açıqlama verən həkim-terapevt Etibar Süleymanov bildirib ki, kəskin virus infeksiyaları hava- damcı yolu ilə yayılırlar: "Virus infeksiyalarının növlərindən asılı olaraq məsafəsi də dəyişir. Bəzən bir metr məsafədən yoluxur, bəzən asqırarkən, öskürərkən bir neçə metr məsafəyə qədər virusların yayılma sürəti, yoluxdurma qabiliyyəti ola bilir. Hava-damcı infeksiyaları olduğuna görə kontaktda olan şəxslərin yoluxma ehtimalı daha yüksək olur. Virus infeksiyalarına qarşı daim davamlı immunitet yaranmadığı üçün bir dəfə keçirən insan təkrar- təkrar yenə keçirir, ayrı- ayrı ştamlar, növlər vasitəsilə yoluxa bilirlər. Kəskin virus infeksiyaları dedikdə, buraya çox böyük qrup xəstəliklər: adenoviruslar, rinoviruslar, koronaviruslar, qrip virusları, respirator viruslar və digər xəstəliklər aiddir. Sürətli yayılmağa meylli xəstəliklər bunlardır. Və pnevmoniyaya çevrilmə ehtimalı da böyüyür”.

E. Süleymanov xəstəlikdən qorunmağın ən əsas yollarını açıqlayıb: "İmmun sistemini meyvə yeməklə, təmiz hava ilə gücləndirmək lazımdır. Hava- damcı infeksiyasının qarşısını alan ən yaxşı vasitə olan maskalardan istifadə etmək önəmlidir. Masqadan da düzgün istifadə etmək lazımdır. Çox adam ağzına masqa taxır, burnunu açıq saxlayır. Bunun heç bir mənası yoxdur. Masqa ağız və burunu tam tutmalıdır ki, hava- damcı infeksiyasının tam qarşısını ala bilsin. Sıx, kompakt yerlərdən mümkün qədər uzaq olmaq lazımdır. Buraya konsertlər, Malllar, metro və sair aiddir. Belə yerlər xəstəliyin yayılmasına şərait yaradan səbəblərdəndir və mümkün qədər uzaq olmaq lazımdır. Qrip əleyhinə peyvəndlərin olunması da yaxşı effekt verir. Peyvəndlər virus infeksiyalarının bir çox növünə qarşı immunitet yarada bilir. Bu il ərzində bir dəfə adətən payız mövsümündə vurulur”. 

Aytac Baxış,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sitat.info
archiveBu xəbər 09 Yanvar 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri