Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Yeni yanaşmanın tətbiq edilməsi zəruri idi” MEDİA nın DİREKTOR MÜAVİNİ

“Yeni yanaşmanın tətbiq edilməsi zəruri idi” MEDİA nın DİREKTOR MÜAVİNİ

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dövlətin dəstəyi yalnız medianın mövcud vəziyyətini qoruyub saxlamağa yönəlmir, eyni zamanda, jurnalistikanın gələcəyini də nəzərə alır”

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli Agentliyin mediaya dəstək müsabiqələrinin yeni qaydaları ilə bağlı AZƏRTAC-a müsahibə verib.

“AzPolitika” müsahibəni təqdim edir:

– MEDİA-nın keçirdiyi müsabiqələr ənənə halını alıb, artıq növbəti fərdi jurnalist müsabiqəsi elan olunub. Bu müsabiqələri keçirməkdə başlıca məqsəd nədən ibarətdir və səmərəliliyini necə qiymətləndirmək olar?

– Doğru qeyd edirsiniz ki, Agentliyin həyata keçirdiyi müsabiqələr mediamızda ənənə halını alıb və müraciətlərin dinamikasını, eyni zamanda, nominasiyalar üzrə rəqabət səviyyəsini təhlil etdikdə jurnalistlərimizin müsabiqəyə ciddi marağının olduğunu söyləyə bilərik. Bu müsabiqələr jurnalistlərin fərdi bilik və bacarıqlarının inkişaf etdirilməsi, potensialının üzə çıxarılması, xüsusən də yeni imzaların tanıdılması baxımından vacib həvəsləndirmə rolunu oynayır. Bildiyiniz kimi, Agentlik müsabiqədə iştirakla bağlı hər hansı istiqamət və ya mövzu təklifi etmir, əksinə jurnalistin özünün seçimi əsasında müsabiqə elan olunan günə qədərki son üç ay ərzində işıq üzü görmüş istənilən materialını təqdim etmək sərbəstliyini dəstəkləyir. Jurnalist artıq öz işini yalnız müsabiqə şərtlərinə uyğun qurmur, şərtlər jurnalistin yaradıcı sərbəstliyinə uyğunlaşdırılır. Müsabiqənin bütün nominasiyaları praktik jurnalistikanın tələblərinə görə müəyyənləşib. Müqayisə üçün deyə bilərik ki, son illərədək müsabiqələrdə bir qayda olaraq həcm və forma tələbi ön planda olurdu ki, bu da əksər vaxtlarda sözçülüyə, təkrarçılığa gətirib çıxarır, jurnalistin fərdi üslubunu arxa plana keçirirdi. İndi jurnalist hazırladığı müsahibədən tutmuş köşə yazısına və oçerkinə qədər ən yaxşı hesab etdiyi istənilən materialını müsabiqəyə təqdim edə bilər. Eyni prinsiplər audiovizual media subyektlərində çalışan həmkarlarımızın materiallarına da şamil edilir. Burada yalnız xronometraj həddi müəyyən edilib ki, bu da televiziyaların xəbər süjetləri üçün nəzərdə tutulmuş ümumi normativlərdən irəli gəlir.

Hər dəfə müsabiqələrə yekun vurulduqdan sonra onun nəticələri təhlil edilir, lazım gələrsə, şərtlərin təkmilləşdirilməsi yönündə addımlar atılır. Fərdi jurnalist müsabiqəsinin şərtlərinə edilən sonuncu dəyişiklik audiovizual media subyektlərinin əməkdaşları üçün yerlərin artırılması ilə bağlı olub. Müsabiqədə hazırda 8 nominasiyanın hər biri üzrə 5 nəfər olmaqla, qəzet və veb-saytların 40 nümayəndəsi, audiovizual media üçün nəzərdə tutulmuş 3 nominasiyanın hər biri üzrə 10 nəfər olmaqla, 30 media nümayəndəsi, ümumilikdə isə 70 nəfər qalib elan olunur.

Məsuliyyətli jurnalistikanın təşviqi, etik standartlara sadiqlik, analitik düşüncə və yaradıcı yanaşma bizim üçün prioritetdir və sevindirici məqam odur ki, media nümayəndələri də bu prosesin fəal tərəfdarıdır.

- Çap və onlayn media subyektləri üçün müsabiqələrdə bu dəfə irəli sürülmüş yeni şərtlər hansı zərurətdən irəli gəlib?

- Ənənəvi media subyektlərinə göstərilən dəstək ictimai və dövlət maraqlarını əsas götürərək həyata keçirilir. Fərdi jurnalist müsabiqəsində olduğu kimi, burada da məqsəd media subyektinin peşəkarlığının gücləndirilməsi, cəmiyyətin ictimai məzmunlu informasiya ilə təminatının keyfiyyətli formada qurulmasıdır. Media gündəlik işini müasir meyillərə cavab verərək qurmadığı təqdirdə, heç şübhəsiz ki, davamlı auditoriyasının zəiflədiyinin və nəhayət, ictimai rəyə təsir imkanlarının azaldığının şahidi olacaqdır.

Dünyanın qlobal media ekosistemində cərəyan edən proseslər Azərbaycan mediasından da yan keçmir, əksinə, onun peşəkar fəaliyyətinə birbaşa təsir göstərir. Bu baxımdan bizim yanaşmamız da milli informasiya resurslarımızın daha da güclənməsi, yerli və beynəlxalq rəqabətdə etibarlı mənbə kimi mövqeyinin qorunub saxlanmasına dəstək verməkdir. Süni intellekt əsaslı texnologiyaların tətbiqi, rəqəmsal platformaların funksionallığının getdikcə artması Azərbaycan mediasının da bu istiqamətdə uyğun fəaliyyətini tələb edir. Ona görə də çap və onlayn media subyektlərinə müsabiqəli maliyyə yardımının göstərilməsinə dair yeni yanaşmanın tətbiq edilməsi zəruri idi. Yeni qaydalara görə veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi artırılıb, bu da öz növbəsində minimum işçi sayının, eyni zamanda, jurnalistlər üçün minimum əməkhaqqının artırılması ilə müşayiət olunmalıdır. Göründüyü kimi, dövlətin maliyyə dəstəyi bir tərəfdən medianın rəqəmsal mühitə inteqrasiyasını, rəqabətə davamlılığını dəstəkləməklə yanaşı, digər tərəfdən jurnalistin sosial müdafiəsinin gücləndirilməsini də prioritet hesab edir. Ənənəvi mediamızın mühüm elementi olan qəzetlərə də ümumi yanaşma tətbiq edilərək onların hamısının yalnız həftədə bir nömrəsinin maliyyələşdirilməsi prinsipi əsas götürülüb. Hesab edirik ki, qəzet redaksiyalarımız getdikcə bahalaşan mətbəə, kağız və bu qəbildən olan müxtəlif texniki xərclərini optimallaşdırmalı, yeni reallıqlara uyğunlaşaraq rəqəmsal platformalarda öz yerlərini möhkəmləndirməlidir. Aydın məsələdir ki, bu, media idarəetməsinin yenilənməsi, materialların yazı və təqdimat formalarının təkmilləşdirilməsi və s. kimi çoxtərəfli, lakin medianın gələcəyi ilə bağlı həyati əhəmiyyətli yaradıcı məsələdir.

- MEDİA artıq televiziyalar üçün də ayrıca müsabiqələr təşkil edir, bu istiqamətdə görülən işləri necə qiymətləndirmək olar?

- Artıq ikinci ildir ki, Audiovizual Şura ilə birlikdə dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqələr təşkil edirik. Hədəfimiz yeni media mühitində auditoriyayönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalını və yayımını təşviq etməkdir. Maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığın stimullaşdırılması əsas prioritet kimi müəyyənləşdirilib. Məqsədimiz informativ və ictimai dəyər daşıyan materialların sayını artırmaq, eyni zamanda, televiziya kanallarını çoxformatlı, yaradıcılığa əsaslanan məzmuna həvəsləndirməkdir. Apardığımız sistemli monitorinqlərin nəticəsi deməyə əsas verir ki, dövlət dəstəyi efir məkanının ictimai məzmunlu audiovizual kontentlə zənginləşməsində mühüm rol oynayır. Yeri gəlmişkən onu da vurğulamaq istərdik ki, televiziyalarımız da ənənəvi mediamızın vacib elementləridir, onların da istər idarəetmə, istər rəqəmsallaşma baxımından müasirləşməsi, məzmun zənginliyində yaradıcılığın dəstəklənməsi günümüzün tələbidir. Ümumiyyətlə, dövlətin bütün media subyektlərinə göstərdiyi dəstəyin əsas mahiyyəti ondan ibarətdir ki, o, yalnız medianın mövcud vəziyyətini qoruyub saxlamağa yönəlmir, eyni zamanda, jurnalistikanın gələcəyini də nəzərə alır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Noyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri