Yeni Zelandiyanın hərbi gəmisi ekipajın səhvi nəticəsində batıb
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeni Zelandiya Hərbi Dəniz Qüvvələrinə məxsus "HMNZS Manawanui" hidroqrafik tədqiqat gəmisinin Samoa sahillərində batması ilə bağlı araşdırmanın səbəbləri ictimaiyyətə təqdim edilib.
Metbuat.az xəbər verir ki, Yeni Zelandiya hökumətinin apardığı təhqiqat nəticəsində məlum olub ki, ekipajın səhvi donanma gəmisinin Samoa qayalıqlara çırpılaraq batmasına səbəb olub. Qəzanın ekipajın avtomatik pilotda olduğunu anlamaması və quruya doğru hərəkət edən gəmiyə müdaxiləni gecikdirməsi nəticəsində baş verdiyi müəyyən edilib. Məlumata görə, ekipajın üç üzvü barədə intizam prosesi aparılacaq.
Qeyd edək ki, gəmidəki 75 ekipaj üzvünün hamısı təhlükəsiz şəkildə təxliyə edilib.
Bu mövzuda digər xəbərlər:Yeni Zelandiyanın kiçik ada dövlətlərinə dəstəyi
21 Noyabr 2024 10:02
Yeni Zelandiyanın akvatoriyasında güclü zəlzələ olub
01 İyun 2025 09:52
Yeni Zelandiyanın Baş naziri Türkiyəyə gəlir
24 Aprel 2025 18:04
Yeni Zelandiyanın Oklend şəhərində güclü yanğın baş verib
25 Aprel 2025 13:00
Yeni Zelandiyanın baş naziri polis maşını ilə qəzaya düşüb Doğru Xəbərlər
28 Noyabr 2024 10:33
Baxış sayı:113
Bu xəbər 29 Noyabr 2024 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















