Yenicə yüksək vəzifəyə təyin olunmuşdu məhkəməlik oldu
Icma.az, Milli.az saytına istinadən bildirir.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Vaqif oğlu Kərimov barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 5281-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə tərtib olunub.
Milli.Az modern.az-a istinadla xəbər verir ki, işə Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, protokol təsdiq edilərsə, idarə müdiri min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimələnə bilər.
Xatırladaq ki, Elçin Vaqif oğlu Kərimov oktyabrın 30-da Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri təyin edilib.
Milli.Az
Baxış sayı:87
Bu xəbər 29 Noyabr 2024 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















