Icma.az
close
up
RU
Yenidən devalvasiyaya getmək qaçılmaz olacaq XƏBƏRDARLIQ

Yenidən devalvasiyaya getmək qaçılmaz olacaq XƏBƏRDARLIQ

Icma.az, Pravda.az saytına istinadən bildirir.

ƏHD Partiyası hökumətə çağırış edib Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin iclası keçirilib.

Müzakirələrdən sonra İdarə Heyəti bəyanat qəbul edib. Bəyanatda deyilir: “OPEK+ ölkələrinin 3 may tarixində, iyun ayından başlayaraq, sutkada neft hasilatının 411 min barrel artırılması barədə qəbul etdiyi qərar neftin qiymətinin dərhal 55.3 dollara qədər ucuzlaşmasına səbəb olub. İqtisadiyyatımızın neft gəlirlərindən ciddi asılı olmasına, büdcədə neftin qiymətinin 70 dollar nəzərdə tutlmasına diqqəti çəkən ƏHD Partiyası hökuməti 2016-cı ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş “Milli iqtisadiyyatın inkişaf perspektivlərinə dair Strateyi Yol Xəritəsi” ilə qarşıya qoyulan vəzifələri gec də olsa, tam olaraq yerinə yetirməyə çağırır. ƏHD Partiyası hökuməti bir daha özəl sektorun dəstəklənməsi, investisiya cəlbi üçün mülkiyyət toxunulmazlığının təmin edilməsi istiqamətində əlavə tədbirlərin görülməsi, dövlət müəssisələrinin özəlləşdirilməsi, üzən məzənnəyə keçilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbi üçün yerli icra orqanlarına geniş səlahiyyətlər verilməsi, Neft Fondunun vəsaitlərinin bir hissəsinin yerli kommersiya banklarında yerləşdirilməsi ilə qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq üçün idarəetmədə islahatların aparılmasına çağırır”.

Bəyanatda bildirilir ki, Neft Fondu diqqəti vəsaitlərin idarə olunmasından pul qazanmağa yönəltməməlidir: “Həmin vəsait iqtisadiyyatın inkişafına daha ciddi təhfə verməyə yönəldilməlidir. Bu halda yaradılan istehsal və emal müəssisələri vergi verəcək, yeni iş yerləri açacaqlar. ƏHD Partiyası hesab edir ki, neftin qiyməti düşməkdə davam edəcəksə, (təəssüf ki, bu ehtimal böyükdür) yenidən devalvasiyaya getmək qaçılmaz olacaq. ƏHD Partiyası iqtidarı siyasi partiyalarla sosial-iqtisadi vəziyyətin müzakirəsi üçün məsləhətləşmələr aparmağa çağırır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 May 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naxçıvanda avtomobil idarəetməni itirərək yoldan çıxıb, ağaca çırpılıb FOTOLENT

04 May 2025 19:25see192

Ukrayna məktəbləri dövlət dilində ünsiyyətin yoxlanılmasına başlayır

03 May 2025 19:09see181

Pensiyaların verilmə tarixi ilə bağlı YENİ AÇIQLAMA

03 May 2025 21:05see169

Naxçıvan şəhərinə dolu yağıb FOTO

04 May 2025 00:18see153

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see147

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see132

Premyer Liqa: XXXIII tura iki oyunla yekun VURULACAQ

04 May 2025 09:14see127

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see126

Marvel in yeni filmlərinə maraq azalır

05 May 2025 08:38see125

Birol Akgün: 1926 cı il qurultayının 100 illiyini Türk dünyasının ortaq əlifbası ilə qeyd etməyi səbirsizliklə gözləyirik

03 May 2025 18:47see122

Bavariya xal itirdi, Borussiya dan darmadağın

04 May 2025 00:08see121

Ata balasına kömək üçün yalvarır: Qızımın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır

03 May 2025 18:36see119

“Böyük Dəbilqə”nin son günündə daha 4 şans

04 May 2025 14:02see119

Super Liqaya yüksələn ikinci komanda... Son br qələbəyə ehtiyac var

05 May 2025 00:25see116

Səhər yeməyinin faydaları

04 May 2025 07:01see116

Ağahüseynova bürünc medal qazanıb

04 May 2025 15:00see114

Gündə bir saat yarım idmanla məşğul oluram

04 May 2025 19:58see112

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

04 May 2025 23:17see111

Mert Hakan Yandaş döymə etdirdi xəstəxanalıq oldu

03 May 2025 19:07see111

Şəfa Şahdağ Qusar matçının hakimləri açıqlandı

04 May 2025 10:47see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri