Icma.az
close
up
RU
Yenidən Fluminense üçün oynamaq mənim üçün şərəf olardı Sabah ın legioneri

Yenidən Fluminense üçün oynamaq mənim üçün şərəf olardı Sabah ın legioneri

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sabah"ın braziliyalı müdafiəçisi İqor Noqeyra 365Scores.com saytına müsahibə verib.

Sportal.az xəbər verir ki, "bayquşlar"ın heyətində keçirdiyi vaxtlarla bağlı təəssüratlarını bölüşüb və həmçinin vətəninə, xüsusən də "Fluminense"yə qayıtmaq imkanlarını dəyərləndirib.

- Braziliyada oynamaqdan ötrü darıxırsınız?

- Artıq altı ildir ki, xaricdə oynayıram və hər il Braziliya klubları - həm Seriya A, həm də Seriya B-də - mümkün qayıdış barədə məndən soruşurlar. Buna ehtiyatla və mehribanlıqla yanaşıram, çünki Braziliya mənim ölkəmdir. Braziliya liqasında oynamaq və braziliyalı azarkeşlərin müsbət, dəli futbol atmosferini darıxdığımı gizlətməyəcəyəm. Amma mən həm də xaricdə oynamaqdan və digər mədəniyyətləri yaşamaqdan zövq alıram. Hazırda qəti qərar verə bilmərəm, çünki həqiqətən də “Sabah” prioritetimdir. Təbii ki, bir anda fövqəladə bir şey ortaya çıxmasa, belə qalacaq. Bu halda, əlbəttə ki, uzun müddət tərəddüd etməzdim. Əgər söhbət Libertadores Kubokunda iştirak edən güclü və yaxşı bir layihəyə sahib klubdan gedir.

- "Fluminense"yə geri qayıtmaq şanslarınızı necə dəyərləndirirsiz?

- "Fluminense"yə geri qayıtmaq istəmədiyimi desəm, yalan olardı. Çünki bu kluba çox şey borcluyam. “Fluminense” formasını yenidən geyinmək xüsusi bir şey olardı. Bu, futbolda etdiyim hər şeyin kulminasiya nöqtəsi və azarkeşlərə və özümə Noqeyira kimi olduğumu göstərmək üçün bir fürsət olardı. Yoxsa, bir epizoda görə yaranmış mənzərə yox(2017-ci ildə “Qremio”ya qarşı oyunda qırmızı vərəqə alması –red). Bu, mənim və ailəm üçün bir şərəf olardı. Başa düşürəm ki, belə bir qayıdış bir çox səbəbdən çox çətindir. Amma yenidən “Fluminense” üçün oynamaq mənim üçün şərəf olardı.

- Azərbaycan çempionatına uyğunlaşma dövrünüz necə getdi?

- Burada qalmağım çox müsbət keçdi. Artıq ikinci mövsümümü keçirirəm. Ölkəni həqiqətən sevirəm. Son illərdə öyrəşdiyimdən çox fərqlidir. Çox qısa müddət Meksikada, Belçikada, sonra Portuqaliyada oldum. Əvvəlki bütün ölkələrlə müqayisədə tamamilə fərqli bir ölkədir, amma yaxşı mənada məni xoş təəccübləndirdi. Burada mədəni səviyyə, insanların mentaliteti və futbol da fərqlidir. Buradakı futbol mənim öyrəşdiyimdən fərqlidir. Əvvəlcə uyğunlaşmaqda bir az çətinlik var, amma mən bunu digər ölkələrə nisbətən daha tez başa vurdum. Mən həqiqətən də Azərbaycandakı bu macəradan zövq alıram. 

- Azərbaycan və Braziliya futbolua arasındakı fərq nədir? 

- Aydındır ki, texniki səviyyə baxımından Braziliya dünyanın ən yaxşıları arasındadır. Düzünü desəm, fərq hələ də olduqca böyükdür. Burada liqada yeni bir qayda var - 11 əcnəbi oyunçu ilə start heyətində yer ala bilərsiniz. Komandamızda çoxlu avropalı var və məşqçilər də avropalıdır. Klubun Avropa futbolunun yanaşması gətirmək fəlsəfəsi var”.
“Sabah”ın Misli Premyer Liqasındakı hazırkı liderliyi və ilk Azərbaycan çempionluğu titulunu qazanmaq üçün mübarizə aparması barədə də fikirləriniz necədir?
Bu mövsüm liqada çox yaxşı çıxış edirik. Bu, keçən il başlayan prosesin nəticəsidir. Mən gələndə komanda artıq kifayət qədər yaxşı idi, bəlkə də titul uğrunda deyil, amma kuboku qazanmadan Avropa yarışlarında yüksək yerlər uğrunda mübarizə apara bilirdi. Keçən mövsüm çoxlu heç-heçə etdik, bir mövsümə rekord sayda - 19. Bu, həqiqətən də təsirsiz ötüşmədi. Bu mövsüm klub bir sıra əsas oyunçuları saxlayıb və yenilərini cəlb edib ki, bu da heyətin daha balanslı olmasına gətirib çıxardl. Çempionlar Liqasına vəsiqə qazanmaq böyük bir nailiyyətdir. İnanırıq ki, titul qazana və son dörd ildir liqanı qazanan "Qarabağ"ın dominantlığını qıra bilərik. MPL-i qazanmaq bizə Çempionlar Liqasının pley-off mərhələsində oynamaq imkanı verir. Hələ orada oynamamışam və bu, mənim şəxsi arzumdur. Bu, mənim arzumdur və Çempionlar Liqasında oynamaq imkanı mənim üçün çox vacibdir.

- Çempionlar Liqası üçün digər təkliflərdən imtina edərdiniz?

- Bəli, düşünürəm ki, bunun üçün digər variantlardan imtina edərdim. 30 yaşım var, özümü hələ də gənc oyunçu hesab edirəm, amma başa düşürəm ki, bu arzumu gerçəkləşdirmək çox çətindir. Müqaviləmin son ilindəyəm və klub müqaviləni uzatmaqda maraqlıdır, danışıqlar artıq başlayıb. Onlar müqaviləni daha bir və ya iki il uzatmaqda maraqlıdırlar. Lakin hər şey hələ ilkin mərhələdədir. Ərəb ölkələrindən və Braziliya klublarından da mənə maraq var. "Sabah"da xoşbəxtəm, amma təbii ki, başqa variantları da nəzərdən keçirmək istəyirəm.
 

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sportal.az
archiveBu xəbər 21 Yanvar 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri