Yenidən İran rəhbərliyini hədələdi
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“İranın başı bəladadır”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Amerikanın neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşündə İranla bağlı suala cavab verərkən bildirib.
O, ölkədəki vəziyyətin ciddi olduğunu dilə gətirib: “İranda xalqın bəzi şəhərlərdə nəzarəti ələ keçirdiyi müşahidə olunur və bu, bir neçə həftə əvvəl mümkün görünmürdü”.
Tramp ABŞ-nin vəziyyəti yaxından izlədiyini vurğulayaraq, İrandakı etirazçıların təhlükəsizliyini istədiklərini bildirib. O, İran rəhbərliyinə müraciət edərək, nümayişçilərə qarşı güc tətbiq edilməməsi barədə xəbərdarlıq edib:
“İranlı liderlərə deyirəm, atəş açmasanız, yaxşı olar. Çünki biz də atəş açmağa başlaya bilərik”.
ABŞ Prezidenti “İranı vura bilərik” ifadəsi ilə Amerika əsgərlərinin bu ölkəyə daxil olmasını nəzərdə tutmadığını, lakin etirazçılara atəş açılacağı təqdirdə ABŞ-nin müvafiq addımlar ata biləcəyini qeyd edib.
Qeyd edək ki, Ağ Ev rəhbəri bundan əvvəl də İran hakimiyyətinə sərt xəbərdarlıq etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 10 Yanvar 2026 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















