Yenidən məhkəmədə üz üzə gələcəklər
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Dünyaca məşhur müğənni Şakira və “Barselona”nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər.
“Qafqazinfo” “EL PAÍS” nəşrinə istinadən xəbər verir ki, 2023-cü ilin aprelindən bəri 13 yaşlı Milan və 11 yaşlı Saşa anaları ilə birlikdə Mayamidə yaşayırlar.
Nəşr yazır ki, Şakira uşaqların davamlı uzun uçuşlara vaxt itirməməsi üçün görüş cədvəlinin dəyişdirilməsini tələb edir. Sənədlərə əsasən, müğənni uşaqların atası ilə keçirdiyi vaxtı azaltmaq niyyətində olmadığını, sadəcə səfər əziyyətini valideynlər arasında bölüşdürmək istədiyini vurğulayıb.
Şakiranın fikrincə, Pike qısa tətil günlərində uşaqları görmək üçün Mayamiyə özü gəlməlidir. Tez-tez baş verən uçuşlar və saat qurşağının dəyişməsi uşaqların məktəb və sosial həyatına, eləcə də psixoloji rahatlığına mənfi təsir göstərir.
Xatırladaq ki, cütlük 2010-cu ildən görüşməyə başlayıb, lakin 2022-ci ilin yayında Pikenin xəyanəti səbəbindən yolları ayrılıb. Bir qədər əvvəl Şakira Pikenin yeni sevgilisinin uşaqların yanında olmasına da qadağa qoymuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:397
Bu xəbər 07 Oktyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















