Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Benzema “Arsenal”a məsləhət bilinib

Yenidoğulmuşlarda doğru bildiyimiz yanlışlar

Yenidoğulmuşlarda doğru bildiyimiz yanlışlar

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1.Uşağın əmgəyi böyükdür

- Uşaqlarda əmgəyin ölçüsü bizim üçün çox önemli deyil. Belə ki, əgər baş çevrəsi hər ay böyüyürsə və ölçüləri yaşına uyğundursa, narahatçılıq üçün səbəb yoxdur və Calsium preparatına ehtiyac yoxdur.

2. Uşağın əmgəyi balacadır və kəllədaxili təzyiqi vardır

- Yuxarıda qeyd etdiyim kimi, başın çevrəsi ayına uyğundursa, narahat olmağa dəyməz. Başın çevrəsi həm də orda mövcud olan tikişlər hesabına böyüyür. 6 ayına qədər uşaqlarda gözündə çəplik, tez-tez dilini çölə çıxartma, alt çənədə əsmə, dərinin mərmərvari rəngdə olması normaldır. Bu kəllədaxili təzyiqin, hipoksiyanın əlaməti deyil, heç bir müalicə tələb etmir və vitamin D-nin qəbulu üçün əks-göstəriş sayılmır.

3. Uşağın qulağında ağrı var

- Otit çox ciddi xəstəlikdir və bu xəstəliyin diaqnozu müayinə zamanı təsdiqlənir. Həkimin məsləhəti olmadan uşağın qulağına hər hansı bir dərman və ya ana südünü tökmək və ya başqa müdaxilə  etmək düzgün deyil.

4. Əllərinin içini yumayın, yuxusu qaçacaq

- Bu mifdir, həqiqətlə heç bir uyğunluğu yoxdur.

5. Uşağın timusu var

- Belə bir diaqnoz yoxdur. Timus immun sisteminin formalaşmağında böyük rol oynayır. Heç bir halda xırıltıya səbəb olmaz.

6. Uşaqda xırıltı var, bu hər hansı problemin simptomudur

- Uşaqda xırıltının səbəbi tənəffüs sisteminin anatomik funksional quruluşu ilə bağlıdır. Çox narahatlıq verdiyi halda duzlu su tərkibli damçılardan istifadə edilə bilər.

7. Uşağın üzündəki səpkilər

- Əmmə yastığı - yenidoğanlarda rast gəlinir,süd əmməklə əmələ gələ bilir.Üst dodaqda əmələ gələ bilir və uşaqlarda südü rahat əmmək üçün əmələ gəlir.

- Yenidoğulmuşlarda toksik eritem üzdə, qolda, gövdədə içi bəyaz maye ilə dolu kiçik səpkilərdir. Bunlar orqanizmi infeksiyaya qarşı qoruma məqsədi ilə əmələ gəlir və bir neçə həftə ərzində özü- özünə keçib gedir.

- Yağ vəzilərində böyümə  yenidoğulmuş uşaqlarda yanaq, burun ətrafında tər vəzilərinin tıxanması nəticəsində əmələ gəlir. 6 ay içində keçib gedir.

- Milia - yenidoğulmuşlarda yanaqlarda , yumşaq damaqda kiçik inci formasında olan kistik törəmələrdir. Zamanla keçib gedir.

- Milarya – yenidoğulmuşlarda 1-2 həftə içində ,üz və gövdə nahiyəsində(alın və burun ətrafında daha çox)  tər vəzilərinin daha çox görüldüyü nahiyələrində inci dənəsinə oxşar iynə başı böyüklüyündə rast  gəlinir. Uşaq qalın bələndikdə, çox isti saxlandıqda bu səpkilər artacaq. Körpəni istidən (otaq temperaturu 20-22 C olmalıdır) və sıx-sıx bələməkdən qoruyun.

8. Uşağım doymur

- Əgər uşaq 2 həftə-1 ay ərzində lazımi çəkini yığıbsa, gündəlik 5-6 dəfə sidiklə dolu bez dəyişilirsə, onda onun yediyi tam olaraq inkişafı üçün yetir. Uşaq doyur.

9. Yaşıl nəcis

- Bu uşaqlarda qulaq ağrısının və ya stafilakokk infeksiyasından irəli gəlmir. Heç bir müalicə və müdaxiləyə ehtiyac yoxdur.

10. Uşağıma su verirem, içmir

- Uşaqda ana südü verilən zaman ilk 6 ay ərzində heç bir əlavə qidaya, suya ehtiyac yoxdur. Məcbur su içirtmək lazım deyil.

11. Uşağımın köpü var

- Bu uşaqlarda 4-6 aya qədər çəkir və”infantil kolik” adlanır. Zamanla ötüb keçir. Köpəleyhinə dərmanlar təyin oluna bilər.

12. Uşağım yatmır

- Əgər uşaqda hər hansı orqanında ciddi bir problem yoxdursa, ac deyilsə, altı temizdirsə, köpü yoxdursa onda bu konstitusional bir vəziyyətdir və uşağın rejimi ilə bağlıdır. Bəzi uşaqlarda gecə yuxusu zəif, gündüz yaxşı olur. Bunun üçün heç bir dərman təyin olunmur və zamanla bu problem  özü-özündən həll olunur. Hal hazırda bunun üçün çox geniş istifadə olunan luminal, qluferal kimi dərmanların istifadəsi qəti qadağandır. Bu dərmanlar ciddi bir səbəb yoxdursa yuxu üçün uşağa verilməz.

13. Uşağın sarılığı var, şirin su (qlükoza), ödqovucu verək

- Yenidoğulmuşlarda fizioloji sarılıq 3-4 cü sutkasından başlayaraq 2 həftəyə qədər çəkə bilir. Bu zaman  uşağı tez-tez döşə qoymaq lazımdır. Sarılığı artarsa, uşağın əmməyində, qida qəbulunda, sidik ifrazında azalma olarsa, onda həkimə müraciət etmək lazımdır. Lazım olduqda həkim fototerapiya və qan dəyişmə prosedurunu  təyin edə bilər. Bu zaman uşağa hər hansı sistemlərin, ödqovucuların, şirin suyun verilməsinin əhəmiyyəti yoxdur.

14. Ana südünü əkdirmək

- Elə bir müayinə üsulu dünyanın heç bir yerində mövcud deyil. Ana südü əkilməz, mikrob çıxsa da ana südü kəsilməz.

15. Bud-çanaq oynağı

- Uşağın bud-çanaq oynağı müayinə olunmalıdır. Əgər hər hansı bir problem aşkar olunarsa, 6 ayına qədər bud- çanaq oynağının USM-i olunur, 6 ayından sonra isə bud-çanaq oynağının rentgeni çəkilir. Displyaziya, çıxıq aşkarlanarsa, bu zaman uşaq travmatoloqun müayinəsinə göndərilir.

16. Göbək yırtığı

- Uşaqlarda çox tez-tez rast gəlinən bir haldır. Qarnın düz əzələsinin formalaşmaması nəticəsində baş verir. 3 yaşına qədər keçib gedir. Heç bir halda bandaj və ya qəpiklə bağlanmaq məsləhət görülmür.

17. Xayaya su yığılması - hidrosele

- Oğlan uşaqlarında bu tez-tez rast gəlinir. Səbəb isə uşaqda qarın boşluğu ilə xaya arasında kanalın açıq qalması və oraya suyun yığılmasıdır. 6 ayından sonra keçəcək.

18. 1 yaşa qədər qidalanma

- 1 yaşa qədər uşaqlara şirin çay, şirin su, inək südü,  bal, duz verilməz.

- Əlavə qidalanmaya 4-6 ayında başlanılır.Meyvə şirəsini 6 ayında verilməsi məsləhətdir.

19. Yenidoğulmuş uşaqlarda məməsində böyümə, bərkimə

- Bu uşaqlarda anadan keçən hormonlara bağlıdır və zamanla keçəcək. Onu sıxmaq,içindəki mayeni çıxarmaq və ya kamfora ilə kompress qoymaq olmaz.

20. Ağızda pamukçuk

- Ana südünü əmən uşaqlarda ananın döşündən keçən göbələk və orqanizmdə ananın hormonlara bağlı olaraq əmələ gəldiyi düşünülür. Bu zaman ora bal sürtmək olmaz. Sodalı su ilə silinməsi,ağır hallarda antifunqal (göbələk əleyhinə) preparatların verilməsi tövsiyyə olunur.

21. Dermatit, bişməcə

- Uşaqlarda uzun müddət pamperslə təmas olunduğu zaman dərinin aşınması olur. Bunun nəticəsində dəridə göbələk infeksiyasının yayılmasına və bişməcənin əmələ gəlməsinə səbəb olur. Buna görə uşağa dərinin aşınmasının qarşısını almaq üçün bezaltı kremlərdən istifadə olunmalıdır. Ağır hallarda antifunqal kremlərdən istifadə olunur.

22. BSJ peyvəndinin yeri irinləyib

- Bu peyvəndə qarşı orqanizmin verdiyi yerli reaksiyadır. Heç bir halda başqa maddələr və ya antiseptiklər istifadə olunmamalıdır.Özü-özlüyündə keçəcəkdir.

23.Uşaqlarda rast gəlinə bilən hemongiomalar

- Bu uşaqlarda çox tez-tez rast gəlinə bilər. 6-9 ayına qədər böyüyəcək, 1 yaşından sonra kiçilməyə başalayacaqdır.3 yaşına qədər geri sorulma olmazsa, onda o zaman uşaq cərrahı müayinəsinə göndərilir. Son zamanlar qanama riski olan orqanlarında rast gəlinəndə onda o zaman müalicə təyin olunur və onun kiçilməsi izlənilir. Təbii ki,bütün bunlar həkim nəzarəti ilə olur.

24.Uşağım yerimir

- Uşaqlarda yerimə 18 ayına qədər davam edə bilər. Bu normaldır.

25. Uşağımın dişi çıxmır

- Uşaqlarda bu proses 15 ayına qədər çəkə bilir. Dişi asanlıqla çıxartsın deyə bir dərman yoxdur.Bunun üçün dərman təyin olunmur.

26. Uşaq oturmur

-Uşaq 6 ayından otura bilər.

27. Uşağı güvəncə nə vaxt qoymaq olar

- 11 ayından tez məsləhət görülmür.

28. Uşağım çox tərliyir, saçı tökülür, deməli raxit xəstəliyi var

- Uşağın tərləməyin bir sıra səbəbləri vardır, bunlardan biri də genetik faktorlardır. Uşaqda saç tökülməsi normaldır. Saçların nazik olması onun vitaminsizləşməsi anlamına gəlməz. Ənsə nahiyəsinin balışa sürtünməsi isə uşaqlarda rast gəlinir və hər zaman raxitlə bağlı olmaz.

29. Yenidoğulmuş uşaqlara tez-tez l-karnitin tərkibli dərmanların verilməsi

- Bu dərmanın yenidoğulmuş uşaqlara verilməsinə ehtiyac yoxdur. Bu dərman ağır ürək patologiyalarında, kardiomiopatyalarda istifadə olunur.

ÖZ UŞAĞINIZI DİGƏR UŞAQLA MÜQAYİSƏ ETMƏYİN!!!

 

Dr. Gülnar Abdullayeva

Pediatr

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see320

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see266

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see226

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see226

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see220

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see219

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see212

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see209

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see206

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see205

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see200

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see197

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see190

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see185

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see182

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see180

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see179

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see173

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see165

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri