Icma.az
close
up
RU
Yenidoğulmuşlarda sarılıq. Narahatçılıq üçün səbəb varmı?

Yenidoğulmuşlarda sarılıq. Narahatçılıq üçün səbəb varmı?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Yenidoğulmuşların əksər hissəsi doğulduqda 2-3 gün keçdikdən sonra saralır - onların dərisi, selikli qişaları, gözləri sarı rəng alır.

Cavan anaları bu dəyişikliklər qorxuzur və onlar körpələrində olan hər hansı təhlükəli xəstəliklərdən şübhələnməyə başlayırlar. Lakin əksər hallarda narahatçılıq üçün heç bir ciddi səbəb olmur. Belə sarılıq fizioloji prosesdir, yəni bu heç bir xəstəliyin və ya pozulmanın əlaməti deyil.

Bu prosesin mexanizmini izah edək. Ana bətnində olan körpə müstəqil şəkildə nəfəs ala bilmir və öz inkişafı üçün lazım olan oksigeni cift vasitəsilə ananın qanından alır. Bu səbəbdən dölün qanında xüsusi hemoqlobin - fetal hemoqlobin hazırlanır. Bu hemoqlobin oksigeni özünə daha rahat birləşdirir.

Doğulduqdan sonra körpə müstəqil şəkildə nəfəs almağa başlayır və nəticədə onun qanında olan fetal hemoqlobin "böyüklərin" hemoqlobini ilə əvəz olunmağa başlayır. Hemoqlobin eritrositlərin (qırmızı qan hüceyrələri) tərkibinə daxildir. "Köhnə"  hemoqlobinlə olan eritrositlər dağılır və "təzə" hemoqlobinlə olan eritrositlərlə əvəz olunur. Köhnə eritrositlərin parçalanması ilə insan orqanizmində qara ciyər məşğul olur. Böyüklərdə hər 120 gündən bir köhnə eritrositlər təzələri ilə əvəz olunur. Hemoqlobinin parçalanması nəticəsində digər maddə - bilirubin əmələ gəlir. Bilirubin orqanizm üçün ziyanlıdır. Lakin bizim qara ciyərimiz onu əsaslı şəkildə zərərsizləşdirir və ziyansız  maddəyə çevirir. Zərərsizləşdirilmiş bilirubin nəcis və sidiklə orqanizmdən xaric olunur. Böyüklərdə normada bu proses belə baş verir.

Lakin yenidoğulmuşlarda qara ciyər hələ ki tam gücü ilə işləyə bilmir. Zərərsizləşdirilməmiş bilirubin körpənin orqanizmində toplanmağa başlayır. Bilirubin sarı piqmentdir. Məhz bu səbəbdən orqanizmdə artıq bilirubin toplandıqda dəri və selikli qişalar sarı rəng alır. 1-2 həftədən sonra körpənin qara ciyəri normal işləməyə başlayır və sarılıq tədricən keçir. Normada bu belə olmalıdır.

Fizioliji sarılıq heç bir xüsusi müalicə tələb etmir. Onun ən yaxşı müalicəsi - ana südüdür (xüsusilə ananın ilkin südü). Məhz bu səbəbdən körpənin ilkin əmizdirilməsi (doğuş zalında) və daha sonra yalnız ana südü ilə qidalandırılması çox vacibdir.

Nadir hallarda fizioloji sarılıq zamanı (körpənin qanında bilirubinin səviyyəsi 200 mkmol/l-dən yuxarı qalxdıqda, sarılıq uzun müddət ərzində keçmədikdə) körpəyə müalicə təyin oluna bilər. Bu zaman ona adətən 5%-li qlyükoza, ödqovucu preparatlar və fototerapiya (işıqla müalicə) təyin olunur. Bütün bu vasitələr körpənin qara ciyərinə artıq bilirubinlə mübarizə aparmaqda kömək edir. Körpənin anadan olduğu ilk həftələrində pediatr onun vəziyyətinə ciddi şəkildə nəzarət etməli və lazım olduqda sarılığa görə müalicə təyin etməlidir.

Fizoloji sarılıqdan fərqli olaraq patoloji sarılıq körpələrdə mütləq və təcili olaraq müalicə olunmalıdır. Əks halda uşağın baş beynində və sinir sistemində geriyədönməz ağır dəyişikliklər baş verəcək.

Patolojı sarılıq uşaq doğulduqdan dərhal sonra inkişaf edir, bilirubinin səviyyəsi körpənin qanında çox tez qalxır, qara ciyər, dalaq böyüyür, sidik tündləşir, nəcis rəngsizləşir, hemoqlobinin səviyyəsi çox aşağı olur və s. Belə sarılıq forması kifayyət qədər nadir hallarda inkişaf edir və onun əsas səbəbləri ana ilə körpənin rezus-uyğunsuzluğu  (anada qanın rezus-faktoru mənfi, körpədə müsbət olduqda), qara ciyərin bətndaxili zədələnməsi, bəzi genetik patologiyalar və s. Patoloji sarılığın yüngül formalarında körpəyə qlyükoza, ödqovucular və işıqla müalicə təyin olunur. Daha ağır formalarında qan köçürülməsindən istifadə olunur.

Mənbə: www.novorozhdenny.ru

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri