Icma.az
close
up
RU
Yenil il ərəfəsində market və bazarlarda bahalaşma olacaq? VACİB AÇIQLAMA Xəbər saytı Son xəbərlər və Hadisələr

Yenil il ərəfəsində market və bazarlarda bahalaşma olacaq? VACİB AÇIQLAMA Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Yeni il ərəfəsi bazar və marketlərdə qiymət artımı artıq bir ənənə halını alıb.

BAKU.WS xəbər verir ki, mövsümi tələbin artması və insanların bayram alış-verişinə yönəlməsi qiymətlərdə əhəmiyyətli fərqlərin yaranmasına səbəb olur.

Xüsusilə ərzaq məhsulları, şirniyyatlar, bayram dekorasiyaları və hədiyyələrdə müşahidə olunan bahalaşma istehlakçıların büdcəsinə əlavə yük yaradır.

İqtisadçı Rəşad Həsənov BAKU.WS-ə açıqlamasında bahalaşmanın səbəbləri barədə danışıb. Ekspert hesab edir ki, bazarda qiymətlərin formalaşması daha çox tələb və təklif əsasında yaranan konyukturdan qaynaqlanır:

"Yeni il ərəfəsində bir sıra ənənəvi məhsulları, xüsusilə də qida məhsullarına tələbat artır. Tələbatın artması bazarda qiymətlərə təsir göstərir. Çünki adətən bu kimi qısamüddətli dövrlərdə artan tələbə uyğun şirkətlər öz ehtiyatlarını uyğunlaşdıra bilmirlər və yaxud da bununla əlaqədar olaraq təchizat zəncirində müəyyən gecikmələr yaranır. Tələbin birdən-birə artması qısamüddətli dövrdə pərakəndə ticarət obyektlərində müvafiq ehtiyatların yaradılması imkanlarını məhdudlaşdırır.

Eyni zamanda biznesin məqsədlərindən ən vacibi də mənfəət normasını yüksəltmək və gəliri maksimizə etməkdir. Bu aspektdən yanaşsaq, yaranmış şəraitdən istifadə olunur və qiymətlər artır. Bütövlükdə prosesin mahiyyəti məhz bundan ibarətdir.

Amma eyni zamanda qiymətlər yalnız bir şərti əsasında formalaşmır. Burada əhalinin alıcılıq gücü və sair də təsirləri vardır. Yəni, bir tərəfdən qiymətləri artıran istiqamətdə təzyiqlər yaranırsa, digər tərəfdən də əhalinin alıcılıq gücü burada əsas faktor rolunu oynayır. Buna baxmayaraq, istənilən halda qiymətlərdə və yuxarı istiqamətli qısamüddətli meyillər müşahidə olunur".

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri