Icma.az
close
up
RU
Yenilənən gənclər millimiz

Yenilənən gənclər millimiz

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, yeni baş məşqçi Ayxan Abbasovun 27 nəfərlik siyahısı bəzi məqamlarla diqqət çəkir.

Bu komanda martın 17-də Bakıda, martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Hazırlıq çərçivəsində martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü təşkil olunacaq.

“Beşlik”
U-21-in son heyətinə baxsaq, ötən ilin oktyabrındakı siyahıdan yalnız 5 futbolçu yenidən gənclər millimizdədir. Rəvan Kazımov, Rüfət Abbasov, Emin Rüstəmov, Xəyal Fərzullayev və Qurban Səfərov U-21-də çıxışını davam etdirir. Digərləri ya əsas milli səviyyəsinə çatıb, ya da yaşı və ya forması səbəbindən kənarda qalıb.

“Araz-Naxçıvan”sız futbol
Misli Premyer Liqasında çıxış edən 10 klubdan 9-u U-21-də təmsil olunub. Yalnız “Araz-Naxçıvan” istisna təşkil edir. Çempionatın liderləri qrupunda yer alan komanda əsas milliyə də oyunçu verməyib. Naxçıvan klubu ölkənin iki əsas komandasından heç birində təmsil olunmur.

Sumqayıtlı gənclər öndə
Hansısa klubun təmsilçi sayında aşkar lider olduğunu da demək olmur. Əsas yığmada “Qarabağ” uzun illərdir üstünlük təşkil edir. U-21-ə belə vəziyyət yaddır. “Sumqayıt” 5 futbolçu ilə hamıdan öndədir. Amma digərləri də çox geri qalmır. “Sabah”la “Şamaxı” yığmaya hərəyə üç futbolçu verib. Abbasov “Neftçi”, “Kəpəz”, “Qarabağ”, “Turan Tovuz” və “Səbail”in 2, “Zirə”nin 1 futbolçusu U-21-ə qoşulacaq.
I Liqadan dörd tapıntı
Abbasov I Liqada 4 oyunçuya dəvət göndərib. Bu, həm aşağı dəstəyə diqqətin olması, həm də oradakı inkişafdan xəbər verir. “Qəbələ”nin gənclər millisində 2 futbolçu ilə təmsil olunması adi hala çevrilibsə, “Cəbrayıl” və “Mingəçevir” də yığmada təmsil olunacaq. Aşağı dəstənin üç komandasının U-21 futbolçu verməsinə baxmayaraq, yalnız “Qəbələ” liderlər sırasındadır. Premyer Liqaya vəsiqələrə digər iddialılar “Karvan”la “İmişli” isə bu baxımdan fərqlənməyib.

13 kluba və yalnız bir legioner
Abbasovun siyahısında ölkə xaricində legioner həyatı yaşayan yalnız bir futbolçu var. Bu, Türkiyədə çıxış edən Həsən Nəzərlidir. “Ankaragücü” də U-21-də təmsilçisi olan klublara qoşulub. Ümumilikdə yığmada 13 fərqli klubun oyunçusu yer alıb.

Qeyd edək ki, Abbasov Samir Əliyevin yığmadan gedişindən sonra boş qalan postu tutub.

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Mart 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri