Icma.az
close
up
RU
Yeniyetmə ölkədə kütləvi iğtişaşlara səbəb olan qətli etiraf etdi

Yeniyetmə ölkədə kütləvi iğtişaşlara səbəb olan qətli etiraf etdi

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyada 18 yaşlı yeniyetmə Aksel Rudakubana məhkəmədə Southportda üç körpə qızın qətlini etiraf edib. Cinayət ölkədə kütləvi iğtişaşlara səbəb olub.

Sfera.az bildirir ki, rəqs dərsində üç uşağı qətlə yetirən yeniyetmə əvvəllər üç dəfə hökumətin terror zorakılığı ilə mübarizə proqramına göndərilib.

Belə ki, Uelsdə Ruanda əsilli xristian ailəsində dünyaya göz açan Aksel Rudakubana 29 iyul 2024-cü ildə üç qızı - 6 yaşlı Bebe Kinq, 7 yaşlı Elsi Dot Stenkomb və 9 yaşlı Alisa da Silva Aguiarı qətlə yetirdiyini etiraf edib. Qeyd edək ki, onun hücumu nəticəsində səkkiz uşaq və iki böyük olmaqla daha on nəfər yaralanıb. 

Yeniyetmə adam öldürmə, adam öldürməyə cəhd və bıçaqlı silah saxlamaq da daxil olmaqla 16 ittiham üzrə özünü təqsirli bilib. O, həmçinin bioloji toksin retsina hazırladığını və kitabxanasında “Əl-Qaidə” təlim kitabçasının olduğunu etiraf edib.

Yeniyetmə üç dəfə hökumətin terror zorakılığı ilə mübarizə proqramı olan “Prevent”ə göndərilib. Müraciətlərdən birinin Axel Rudakubananın məktəbdəki qətliam zamanı uşaqların öldürülməsində potensial iştirakı ilə bağlı narahatlıqlardan qaynaqlandığı bildirilirdi.

Onun davranışı, o cümlədən zorakılığa açıq marağı “Prevent” tərəfindən potensial olaraq qiymətləndirilmişdir. Lakin onun terror ideologiyası və ya terror təhlükəsi yaratdığına inanılmayıb.

Hücum zamanı 17 yaşı olan Rudakuban ilk dəfə 2019-cu ildə 13 yaşında olarkən “Prevent”ə göndərilib. Daha iki müraciət 2021-ci ildə Lankaşirdə məktəbli olarkən edilib.

Qeyd edək ki, “Prevent” qarşısının alınması terror ideologiyasına məruz qalmaqdan qorxanları müəyyən etmək və onları zorakılıqdan yayındırmaq üçün rəsmi milli proqramdır. Sxemdə göstərilən uşaqlar və böyüklər qiymətləndirilir və onların kifayət qədər risk təşkil etdiyi nəzərə alınarsa, bu riski azaltmaq üçün işlər aparılır.

Sözügedən qətl Britaniyada iğtişaşlara səbəb olub

Rəqs klubuna hücum və uşaqların öldürülməsindən sonra özünü saytlardan biri qatilin 17 yaşlı qeyri-qanuni mühacir Əli əl-Şəkati olduğunu bildirmişdi. Bu məlumat radikal qruplar və sui-qəsd nəzəriyyəçiləri tərəfindən irəli sürülüb. Minlərlə ifrat sağçı britaniyalı küçələrə çıxaraq miqrantlara hücum edib, vitrinləri sındırıb, binaları yandırıb, polisləri döyüb. Onlarla yerli sakin və polis əməkdaşı yaralanıb.

Avqustun 1-də isə şübhəlinin əsl adı məlum olub (17 yaşlı Britaniya vətəndaşı Aksel Muqanva Rudakubana). Cümə axşamı, yanvarın 23-də ona hökm oxunacaq. Hakim cəzanın ömürlük həbs olacağını qeyd edib.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Yanvar 2025 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri